Dünya

ABŞ və Böyük Britaniyadan Yəmənə növbəti SİLSİLƏ ZƏRBƏLƏR – VİDEO

Sharing is caring!


ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (Husi) hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.

Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb.

Telekanalın məlumatına görə, ABŞ və Britaniya Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhəri ərazisinə 11 zərbə endirib. Daha 4 zərbə əyalətin administrativ mərkəzi Saadaya endirilib.

Bundan əvvəl fevralın 4-də ölkənin şimalında hakim “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya ABŞ və Böyük Britaniyanın Yəmənə 48 zərbə endirdiyini bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir