Dünya

Ərdoğan: “Türkiyənin ilk yerli elektrik lokomotivini istehsal edəcəyik”

Sharing is caring!


Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirin Valilik Meydanında keçirilən kütləvi açılış mərasimində çıxış edib.

Şəhərlilərə şad xəbəri açıqlayan Ərdoğan Türkiyənin ilk yerli E-5000 elektrik lokomotivinin məhz burada istehsal ediləcəyini bəyan edib.

“Bu il Eskişehirdə 3 yeni bor zavodu inşa olunacaq. İkinci sevindirici xəbərimiz odur ki, biz ölkəmizin ilk yerli elektrovozu olan E-5000-ni burada istehsal edəcəyik. Bir az sonra canlı əlaqə ilə bu layihənin ilk hərəkət testinin şahidi olacağıq. Bütün bu layihələrlə Eskişehiri daha önəmli sənaye mərkəzi halına gətirdik. Yeni investisiyalarla yolumuza davam edirik. Eskişehiri relsli sistem texnologiyalarının mərkəzinə çeviririk. Tezliklə burada istehsal olunan məhsulların Gemlikə çatdırılmasını təmin edəcək rels sisteminin tikintisinə başlayacağıq”, – deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, indiyə qədər hökumət söz verdiyi hər şeyi yerinə yetirib.

Ərdoğan müxalifəti “Türkiyədə sancaq belə istehsal edə bilmədilər” deyə tənqid edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir