Cəmiyyət

Suqovuşanda 30 ildən sonra arzularına qovuşanlar – qəsəbə seçki gününə hazırdır – REPORTAJ + FOTO

İşğaldan azad olunan Ağdərə rayonun Suqovuşan qəsəbəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıq işləri başa çatıb. “Report”un qəsəbəyə ezam olunan əməkdaşı xəbər verir ki, burada 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsi yaradılıb. Suqovuşan tam orta məktəbində yerləşən məntəqənin həyətində lövhə qoyulub, prezidentliyə namizədlərin təşviqat plakatları vurulub. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. […]

Müharibə

Ordu generallarının Türkiyə səfəri: İki ölkə arasında hərbi əlaqələr yeni müstəviyə keçir – FOTO

Azərbaycan Ordusunun 6 generalının Ankaraya səfəri və Türkiyə milli müdafiə naziri Yaşar Gülərin onları qəbul etməsi iki qardaş ölkə arasındakı hərbi əlaqələrin yüksələn xətlə inkişafına bariz bir nümunədir. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. O bildirib ki, azərbaycanlı generallar İkinci Ordu Komandanlığını, Ankarada Milli […]

Cəmiyyət

DİN rəsmisi: “Azərbaycanda nəqliyyat vasitələrinin 45 %-nin istismar müddəti 20 ildən çoxdur”

“Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 %-dən çoxunun istehsal ili 20 il və daha çoxdur”. “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, bu, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə […]

Dünya

ABŞ-İran “müharibəsi”: Vaşinqtonun qisas planı, Tehranın ehtiyatlı mövqeyə keçidi – TƏHLİL

İran Qırmızı dənizdə husi hərəkatı vasitəsilə ABŞ-nin iqtisadi və strateji maraqlarını sıxışdırdıqdan sonra növbəti gülləni İordaniyada atdı. İordaniyanın şimal-şərqində ABŞ-nin bazasına pilotsuz təyyarə ilə edilən hücum üç amerikalı hərbçinin həyatına son qoydu ki, bu da Yaxın Şərqdə durulmayan sular fonunda iki rəqibin müharibə meydanını necə idarə edəcəyinə dair fikirləri gündəmə gətirir. Hadisənin cari və perspektiv […]

Siyasət

Paşinyan: “Bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”

“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”.  Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində bəyan edib.  Baş nazir ölkə Konstitusiyasını Azərbaycanla sülhə maneə adlandırıb və onun dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb. O, həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən […]

Siyasət

Sahibkarlara manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında Fərman imzalayıb. “Report” xəbər verir ki, […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib – FOTO

Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib. Tamaşanı rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri izləyiblər. Üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan […]

İqtisadiyyat

İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq edib

Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməlidir. İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır: 1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq […]