Siyasət

Paşinyan: “Bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”

Sharing is caring!


“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində bəyan edib. 

Baş nazir ölkə Konstitusiyasını Azərbaycanla sülhə maneə adlandırıb və onun dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb.

O, həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb. 

“Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, – deyə hökumət başçısı bildirib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir