Mədəniyyət

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib – FOTO

Sharing is caring!


Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib.

Tamaşanı rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri izləyiblər.

Üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə “Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan və şam ağacı ölkəsi olan Yaponiyanın dostluğu müvafiq simvollarla təcəssüm etdirilib.

Yapon incəsənət ustalarının çıxışları Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə jurnalistlərə açıqlama verən teatr rəhbəri Kazufusa Houşo bildirib ki, 650 ildən çoxdur ənənəvi yapon teatrı fəaliyyət göstərir:

“Belə bir teatrı Azərbaycanda nümayiş etdirməkdən sevinc duyuram. Buraya ilk dəfə gəlsəm də, müşahidələrim belədir ki, Azərbaycanla Yaponiya arasında ciddi oxşarlıqlar var, düşünürəm ki, bu İpək Yolu ilə bağlıdır. Azərbaycana Odlar yurdu deyirlər, bunu, eyni zamanda, yaponlara da aid etmək olar”.

Qeyd edək ki, “No” teatrı 7 əsrdən bəri Yaponiyada nəsildən-nəslə, valideyndən övlada, ustadan şagirdə ötürülən nadir incəsənət növlərindən hesab olunur. “No” orta əsrlərdə Yaponiyada təbii fəlakətlərin qarşısının alınması üçün insanların fövqəltəbii qüvvələrə duaları və dini ritualları zəminində formalaşıb. Həmçinin müxtəlif mədəniyyətlər İpək Yolu vasitəsilə bu qədim incəsənət növünün yaranmasına təsir göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir