İdman

“Neftçi”nin yeni strukturu təsdiqlənib

Sharing is caring!


“Neftçi”nin yeni strukturu təsdiqlənib.

Klubdan verilən məlumata görə, paytaxt təmsilçisinə Müşahidə Şurası rəhbərlik edir.

Klubun baş icraçı direktoru Fərrux Mahmudov, Müşahidə Şurasının idman üzrə müşaviri isə Kamil Məmmədovdur. Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Buna əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir