İdman

“Liverpul” “Çelsi”ni darmadağın etdi – VİDEO

Liverpul şəhərində İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyunu baş tutub. “Enfild” stadionunda “Liverpul” və “Çelsi” komandaları qarşılaşıb. Matç ev sahiblərinin 4:1 hesablı qələbəsilə yekunlaşıb. Mersisaydlılardan Jota (23), Bredli (39), Seboslai (65) və Diaz (79), qonaqlardan isə Nkunku (71) fərqləniblər. Hazırda Kloppun rəhbərlik etdiyi “Liverpul” 51 xalla İngiltərə Premyer Liqasına başçılıq edir. “Çelsi” məğlubiyyətdən sonra […]

Dünya

Selin Dion sağalmaz xəstəliyi haqqında sənədli film çəkəcək – FOTO

Sərt əzələ sindromundan əziyyət çəkən müğənni Selin Dion bu xəstəlik haqqında sənədli film çəkmək qərarına gəlib. Bu barədə sənətçi şəxsi “Instagram” hesabında yazıb. O, son bir neçə ilin onun üçün bir sınaq olduğunu etiraf edib. İfaçı vəziyyətindən xəbərdar olduğunu və bununla yaşamağı, bu xəstəliyə nəzarət etməyi öyrəndiyini bildirib. “İfaçılıq karyeramı davam etdirməyə gedən yol uzandıqca, […]

Dünya

Ay tozundan hazırlanmış torpaqda noxud yetişdiriləcək – Alimlərdən ilk

ABŞ-nin Texas A&M Universitetinin (TAMU) alimləri ilk dəfə dörddə üçü reqolitdən – Ay tozundan ibarət olan torpaqda noxud yetişdirə biliblər. Müvafiq araşdırma elmi qurumun rəsmi saytında dərc olunub. “Ayda Yer kimi torpaq yoxdur. Planetimizdə torpaqda bitkilərin böyüməsini dəstəkləyən qida və mikroorqanizmlərlə dolu üzvi material var. Ayda bu yoxdur. Bunu aşağı qravitasiya, radiasiya və toksinlər kimi […]

Dünya

II Elizabetin “Range Rover”i hərraca çıxarıldı – FOTO

Böyük Britaniya kraliçası II Elizabetin (1926-2022) istifadə etdiyi avtomobil İngiltərədə hərraca çıxarılıb. Məlumata görə, söhbət əlahəzrətin 2016 və 2017-ci illərdə istifadə etdiyi dörd təkərli mavi rəngli “Range Rover”dən gedir. Avtomobil dəfələrlə qəzetlərin və televiziya reportajlarının birinci səhifələrinə çıxıb. Məhz bu “Range Rover” ilə 2016-cı ilin aprelində Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti Barak Obama Vindzor […]

İdman

“Atletiko” son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

İspaniya Primerasının 20-ci turu çərçivəsində “Atletiko” “Rayo Valekano”nu qəbul edib. Madriddəki “Civitas Metropolitano” stadionundakı qarşılaşmada meydan sahibləri üstün olublar. 35-ci dəqiqədə Mandava “Atletiko”nu hesabda irəli çıxarıb. Qonaqlar 43-cü dəqiqədə Qarsianın dəqiq zərbəsi ilə cavab veriblər. Lakin əsas vaxta əlavə olunmuş dəqiqələrdə Depay madridlilərə qələbə qazandırıb – 2:1. Hazırda La Liqada keçirilən 22 matçdan sonra “Atletiko […]

Cəmiyyət

Süfrəmizdəki real təhlükə: Meyvə quruları “təkər yanığı” ilə hazırlanır? – FOTO

İnsan orqanizminə minbir faydası ilə bilinən quru meyvələr bəzən göründükləri qədər saf qida növü olmaya bilir. Bəzi hallarda meyvə quruları, xüsusən də qara rəngli olan gavalı və kişmiş çərəzləri əldə rəng buraxır. Bu da onun təbii rənginin qara olmamasından xəbər verir. Bunu biz yox, həm də ekspertlər deyirlər. Hətta iddialar arasında bu da var ki, […]

İdman

“Mançester Siti” və “Tottenhem”dən qələbə – VİDEO

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir. “Mançester Siti” ev oyununda “Börnli”ni məğlub edib – 3:1. Qarşılaşmada Xulio Alvares dublla (16, 22) yadda qalıb. Bu qələbə sayəsində xallarını 46-ya çatdıran “şəhərlilər” hazırda ikinci pillədədirlər. Qvardiolanın yetirmələrinin aktivində bir ehtiyat oyunu da var. “Bernli” isə cəmi 12 xal toplayıb və 19-cu yerdə qərarlaşıb. “Tottenhem” isə ev […]

Cəmiyyət

Fevralın ilk gününün hava proqnozu AÇIQLANDI – VİDEO

Ölkə ərazisində fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq. Azərbaycanın […]

Cəmiyyət

Şamaxıda 28 il əvvəl ölən adamın adına cərimə gəlib – İDDİA + VİDEO

28 il əvvəl dünyasını dəyişən şəxsin “avtomobili radara düşüb”. Sözügedən hadisə Şamaxıda qeydə alınıb. Belə ki, Şamaxı rayon sakini Rauf Şükürova gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Əliabbas Şükürov Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib. R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb: “Bu maşın mənim, […]

Dünya

Krasnodarda Şərq bazarında güclü yanğın – VİDEO

Rusiyanın Krasnodar şəhərində yerləşən Şərq bazarında alış-veriş pavilyonunda güclü yanğın başlayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlər 300 kvadratmetr ərazini əhatə edən yanğını lokallaşdırıblar. Hadisə yerində 57 mütəxəssis və 25 texnika işləyir. Məlumata görə, ölən və yaralanan yoxdur. İdarədən bildiriblər ki, hazırda yanğınsöndürənlər tərəfindən açıq alov söndürülüb. Mənbə: aif.ru Xeberal.az