Dünya

II Elizabetin “Range Rover”i hərraca çıxarıldı – FOTO

Sharing is caring!


Böyük Britaniya kraliçası II Elizabetin (1926-2022) istifadə etdiyi avtomobil İngiltərədə hərraca çıxarılıb.

Məlumata görə, söhbət əlahəzrətin 2016 və 2017-ci illərdə istifadə etdiyi dörd təkərli mavi rəngli “Range Rover”dən gedir.

Avtomobil dəfələrlə qəzetlərin və televiziya reportajlarının birinci səhifələrinə çıxıb.

Məhz bu “Range Rover” ilə 2016-cı ilin aprelində Böyük Britaniyada səfərdə olan ABŞ prezidenti Barak Obama Vindzor qəsrindəkı nahara yollanıb.

“Bramley Motor Cars” hərrac evinin mütəxəssisləri dəri salonlu avtomobili 224 850 funt sterlinq (285 000 dollar) dəyərində qiymətləndiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir