İdman

“Atletiko” son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

Sharing is caring!


İspaniya Primerasının 20-ci turu çərçivəsində “Atletiko” “Rayo Valekano”nu qəbul edib. Madriddəki “Civitas Metropolitano” stadionundakı qarşılaşmada meydan sahibləri üstün olublar.

35-ci dəqiqədə Mandava “Atletiko”nu hesabda irəli çıxarıb. Qonaqlar 43-cü dəqiqədə Qarsianın dəqiq zərbəsi ilə cavab veriblər. Lakin əsas vaxta əlavə olunmuş dəqiqələrdə Depay madridlilərə qələbə qazandırıb – 2:1.

Hazırda La Liqada keçirilən 22 matçdan sonra “Atletiko Madrid” 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Rayo Valyekano” isə 24 xal toplayaraq 13-cü pillədədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir