Cəmiyyət

Fevralın ilk gününün hava proqnozu AÇIQLANDI – VİDEO

Sharing is caring!


Ölkə ərazisində fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir