Siyasət

Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanacaq

“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”. “Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri 15 sentyabr – Bilik Günü münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib. “Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa […]

Dünya

Stalinin bağ evi hərraca çıxarılıb

Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda Stalinin bağ evi hərraca çıxarılıb. Qeyd edək ki, lotun başlanğıc qiyməti 403,5 milyon rubl (7 107 923,65 manat) təşkil edir. Hərracın keçirilməsi noyabrın 3-nə planlaşdırılıb. Mənbə: RİA Novosti” “Telegram” kanalı Xeberal.az

Cəmiyyət

Nazir azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblərin sayını açıqlayıb

15 Sentyabr – Bilik Günü münasibətilə Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayev bu il işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblər barədə məlumat verib. “Report”un Qarabağ bürosu xəbər verir ki, bununla bağlı jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, bu tədris ilində Füzuli […]

Dünya

Liviyada minlərlə insanın ölümü ilə nəticələnən fəlakətin başlama anı – VİDEO

Sosial şəbəkələrdə Liviyanın Derna şəhərində minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətin başlama anı ilə bağlı kadrlar yayılıb. Qeyd edək ki, şəhərin meri Əbdülmenam əl-Qaiti daşqında ölənlərin sayının 11,3 min nəfərə çatdığını, daha 20 mindən çox insanın itkin düşdüyünü bildirib. Ancaq o, bunların yekun rəqəmlər olmadığını vurğulayıb və dağılmış binalara əsaslanaraq, ölənlərin sayının azı 10 […]

Cəmiyyət

Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı (“Eris”) qeydə alınıb. Bu, “Omikron” ştammının yeni versiyasıdır. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb. Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib? Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Trend”in sorğusuna cavab olaraq qeyd edilib ki, Azərbaycanda koronavirusun “Eris” variantının olması barədə rəsmi […]

Siyasət

XİN: “15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb” – FOTO

“15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında paylaşım edilib. “105 il əvvəl bu gün Bakı daşnak-bolşevik işğalından azad edilib. Qurtuluş günün mübarək!” – paylaşımda qeyd olunub. Xatırladaq ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci […]

Cəmiyyət

Xaçmazda sel suları nəticəsində çökmüş körpünün yerində yenisi tikiləcək – FOTO

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Xatırladaq ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü […]

Cəmiyyət

Həbsdə olan general 12 milyon manat zərər ödəyib

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası davam etdirilib. APA xəbər verir ki, […]

Mədəniyyət

Rusiyalı məşhur müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra ifaçının ürəyində problem müəyyən olunub və o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlər Nikolayevin vəziyyətini ağır kimi qiymətləndirirlər. Tibb işçilərinin sözlərinə görə, əməliyyat barədə qərarlarını hərtərəfli müayinədən sonra açıqlayacaqlar. Qeyd edək ki, müğənninin səhhətində yanvar ayında da ciddi problem olmuşdu. Həmin vaxt təcili […]

Kriminal

İstanbulda atışma olub, bir azərbaycanlı yaralanıb

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb. Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib. Polisin keçirdiyi əməliyyat nəticəsində yeddi şübhəli saxlanılıb. Onlardan altısının İsveç vətəndaşı olduğu bildirilib. Onların yaşadıqları ünvana baxış zamanı üç ədəd tapança, tüfəng, güllələr, […]