Siyasət

XİN: “15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb” – FOTO

Sharing is caring!


“15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında paylaşım edilib.

“105 il əvvəl bu gün Bakı daşnak-bolşevik işğalından azad edilib. Qurtuluş günün mübarək!” – paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir