Siyasət

Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanacaq

Sharing is caring!


“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri 15 sentyabr – Bilik Günü münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.

“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, – deyə nazir qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir