Cəmiyyət

Türk Dövlətləri Təşkilatı nazirləri Heydər Əliyev Mərkəzində olublar – FOTO

Sentyabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Mərkəzdə qonaqlar ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış […]

Siyasət

“Ərdoğan və Putin Qarabağla bağlı müəyyən kompromis əldə ediblər” – RƏY + FOTO

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Qarabağla bağlı müəyyən kompromis əldə olunub”. Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, söhbət Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası məsələsindən gedir. İkinci məsələ isə həmin əraziyə ərzaq yüklərinin daşınmasıdır: “Fikrimcə, Rusiya Azərbaycanın səylərini dəstəkləyir. Təsadüfi deyil […]

Cəmiyyət

Siyəzəndə baş verən qəzada xəsarət alan qadın vəfat edib

Sentyabrın 1-də Siyəzən rayonu ərazisində xəsarət alan şəxslərdən biri vəfat edib. APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb. S.Əmirova qəzada dünyasının dəyişən Samir Əmirovun anasıdır. Qeyd edək ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada ata və 3 yaşlı oğlu dünyasını dəyişmiş, 7 nəfər müxtəlif […]

İdman

Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib – FOTO

Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib. Oxu.Az xəbər verir ki, toplantıda qurumun İcraiyyə Komitəsinə 2023-27-ci illər üçün üzvlərin seçimi baş tutub. “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti dörd ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, o, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk […]

Dünya

MAR prezidentinin oğlu Rusiyada iki nəfərə hücum etdi – VİDEO

Rusiyanın Kislovodsk şəhərində bir kişini vurduqdan sonra qadına hücum edən Mərkəzi Afrika Respublikası (MAR) prezidentinin oğlunun videosu yayılıb. Həmin video Evarist Tuadera onu müşayiət edən şəxslərdən qaçmağa çalışarkən lentə alınıb. O, bir kişini vurduqdan sonra uzun müddət telefonla danışıb və MAR-da işləyən və onu səfərdə müşayiət edən həkim-terapevt Zarinaya hücum edib. Ancaq polislər Evaristin ağlını […]

Siyasət

Rusiyalı ekspert: “Ermənistan və ABŞ-nin birgə təlimləri Rusiyaya qarşı düşmənçilik aktıdır”

“Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi və ABŞ hərbçilərini öz ölkəsinə dəvət etməsi Rusiyaya münasibətdə dost addım deyil, düşmənçilik aktıdır”. Bunu “Report”un yerli bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. “Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarı Moskvanın, Rusiya rəhbərliyinin qəzəbinə səbəb olub”, – deyə o qeyd edib. “Doğrudur, Rusiya rəhbərliyinin […]

İdman

Premyer Liqa: “Neftçi” – “Qarabağ” oyununun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında üç turun təqvimi müəyyənləşib. Oxu.Az-ın məlumatına görə, VII, VIII və IX turlarda keçiriləcək oyunların vaxtı və yeri açıqlanıb. Əsas diqqətlər IX turun “Neftçi” – “Qarabağ” matçında olacaq. Oktyabrın 8-də “Neftçi Arena”da təşkil olunacaq qarşılaşma saat 19:30-da başlayacaq. Premyer Liqa VII tur 23 sentyabr (şənbə) 18:00. “Sumqayıt” – “Turan Tovuz” “Kapital Bank Arena” 20:30. “Neftçi” […]

Cəmiyyət

Sumqayıtda sahibsiz it problemi: “Vaksindən sonra daha çox hücum edirlər” – ŞİKAYƏT + FOTO

Sumqayıt şəhər sakinləri sahibsiz itlərə görə təhlükə içərisində olduqlarını iddia edirlər. Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan sakinlər Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 və 2 saylı binaların həyətinə toplaşan sahibsiz itlərə görə sərbəst şəkildə hərəkət edə bilmədiklərini qeyd ediblər: “Binaların həyətində ən azından 20-yə yaxın sahibsiz it var. Ən böyük çətinliyimiz budur ki, azyaşlılar itlərin […]

Cəmiyyət

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9 və 10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə cəmiyyət məlumat yayıb. Saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətində, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətində yola düşəcək. “Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün […]

İdman

Azərbaycan millisinin baş məşqçisi: “Belçika ilə mübarizə aparmaq olar”

“Belçika ilə mübarizə aparmaq olar”. Bunu “Report”a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev əsas yığmanın AVRO-2024-ün seçmə mərhələsində Belçika önündə şanslarını dəyərləndirərkən deyib. 44 yaşlı mütəxəssis “Dalğa Arena”da baş tutacaq qarşılaşmadan uğurlu nəticə ilə ayrılmağın mümkün olduğunu düşünür: “Milli barədə həmişə müsbət düşünmüşəm. Yığmamız əvvəllər də Belçika ilə oynayıb. Futbol elə […]