Cəmiyyət

Türk Dövlətləri Təşkilatı nazirləri Heydər Əliyev Mərkəzində olublar – FOTO

Sharing is caring!


Sentyabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Mərkəzdə qonaqlar ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Foto və videomateriallar vasitəsilə onlara ulu öndər Heydər Əliyevin mənalı həyat yolu haqqında maraqlı faktlar təqdim olunub.

Xalqımızın ən çətin və ağır günlərində onunla birlikdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən faktlar qonaqlarda dərin təəssürat yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir