“İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti “Qızıl top”u qazanmağa yaxındır. Argentinalı ötən ilin sonunda dünya çempionatında əldə etdiyi qələbə sayəsində nüfuzlu mükafatın favoriti hesab olunur. Xatırladaq ki, Qətərdə hücumçu milli komandasına kuboku qazandırmaqla yanaşı, həm də turnirin ən yaxşı oyunçusu olub. Bildirilir ki, hazırda Messinin karyerasındakı səkkizinci “Qızıl top”u alması şansı 93% təşkil edir. Qeyd […]
Day: Sentyabr 30, 2023
Qaxa güclü dolu və leysan yağdı: Elektrik enerjisinin verilişi dayandırıldı
Qax rayonuna dolu və leysan yağıb. “Report”un məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb. Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən su kanalı daşıb. Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik […]
Ermənistan növbəti təxribata hazırlaşır – VİDEO
Ermənistan tərəfi növbəti təxribata hazırlaşır. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. Kadrlarda ermənilərin Azərbaycanla şərti sərhədə “Smerç” reaktiv yaylım atəş sistemi və digər hərbi texnikanı göndərdiyi əks olunub. Görüntülərin İrəvanda qeydə alındığı vurğulanıb. Xeberal.az
Abşeronda avtomobillər toqquşdu: Xəsarət alanlar var
Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, “Hyundai Tucson” və “Volkswagen Passat” markalı avromobillərin toqquşması nəticəsində 2 nəfər – “Hyundai Tucson”un sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Türkiyə prezidenti G20 liderlərinin zirvə toplantısına qatılacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dehlidə keçiriləcək 18-ci G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistanda olacaq. Türkiyə Prezidenti Administrasiyasından verilən məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçiriləcək sammitin üç sessiyasında fikir mübadiləsi aparacaqlar. Prezident Ərdoğanın G20 liderləri ilə görüşməsi, həmçinin sammitdə iştirak edən bəzi dövlət […]
Macarıstan XİN-in rəhbəri Aİ-ni ikili standartlarda ittiham etdi
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının rəhbərliyini ikili standartlarda ittiham edib. Rumıniyadakı Macarların Demokratik İttifaqının lideri Hunor Kelemen ilə Budapeştdə görüşdən sonra mətbuat konfransında danışan nazir Qərbi və Mərkəzi Avropa ölkələrinin eyni hərəkətlərinə Brüsselin tamamilə fərqli münasibət bəslədiyini bildirib. Xarici işlər naziri xatırladıb ki, 2022-ci ildə Rumıniyanın Şengen zonasına […]
Mirzə Ələkbər Sabirin nəvəsinin sürücülük hüququ məhdudlaşdırıla bilər
Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur. “Qaynarinfo” xəbər verir ki, Gündüz Tahirli baərsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi […]
Hikmət Hacıyevdən İranla bağlı açıqlama – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “İranla olan anlaşılmazlıqları diplomatik yollarla həll etməyə çalışırıq”. Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail televiziyasına müsahibə verdi. Bayrağımızı təhqir edən erməni futbolçuların cəza müddəti başa çatdı. Azadlığa buraxılan həmin şəxslər Ermənistana göndərildi. Güclü külək və dolu Balakəndə fəsadlar törətdi. Evlərin dam örtüyü yararsız hala düşdü, həyətyanı sahələrə ziyan dəydi. Daha ətraflı […]
Kişilər niyə qadınlardan tez ölürlər? – Sosioloqdan AÇIQLAMA + FOTO
“Ürək-damar xəstəlikləri kişilər arasında daha çox yayılıb. Bu da kişiləri vaxtsız ölümə aparan səbəblərdən biridir”. Bunu “Qaynarinfo”ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu qadınların kişilərdən daha çox uzunömürlü olmasının səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, kişilərin dünyasını daha tez dəyişməsinin səbəblərindən biri öldürücü xəstəliklərin yayılmasıdır: “Belə xəstəliklər kişilər arasında daha çox yayılır. Bundan əlavə, kişilər yol-nəqliyyat hadisələrində, […]
Fransa Dövlət Şurası müsəlmanların tələblərini rədd etdi
Fransa Dövlət Şurası məktəblərdə müsəlman uşaqların əba geyinməsinə tətbiq etdiyi qadağanı bir daha təsdiq edib. Qurumun saytında “Action Droits des Musulmans” Müsəlman Hüquqlarının Müdafiəsi dərnəyinin qadağanın aradan qaldırılması tələbinə cavab dərc edib. Bildirilib ki, dərnəyin etirazı rədd edilib. Qeyd olunub ki, bu cür geyimlərin geyilməsinə qoyulan qadağa əsas azadlıqların ciddi və ya qanunsuz pozuntusu deyil. […]