Cəmiyyət

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9 və 10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə cəmiyyət məlumat yayıb.

Saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətində, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətində yola düşəcək.

“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir