İdman

Premyer Liqa: “Səbail” son dəqiqə qolu ilə Qəbələdə qələbə qazandı – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun gününün ilk matçı Qəbələdə olub.

Rayonun eyniadlı komandası “Səbail”i qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Yeganə qolu 90+5-ci dəqiqədə Rüfət Abdullazadə vurub.

Qələbə sayəsində xallarını 17-yə çatdıran “Səbail” “Qarabağ”ı geridə qoyaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Qəbələ” yeddi xalla səkkizincidir.

Günün digər oyununda “Sabah” “Araz Naxçıvan”ı qəbul edir.

Qeyd edək ki, dünən startı verilən turun ilk oyununda “Zirə” öz meydanında “Turan Tovuz”dan güclü olub. Sabah keçiriləcək “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” matçları ilə IX tura və I dövrəyə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir