İdman

Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib – FOTO

Sharing is caring!


Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib.

Oxu.Az xəbər verir ki, toplantıda qurumun İcraiyyə Komitəsinə 2023-27-ci illər üçün üzvlərin seçimi baş tutub.

“Qarabağ” klubunun baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti dörd ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, o, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.

Qeyd edək ki, Asif Əsgərov 2017-ci ildən Avropa Klublar Birliyinin işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

Xatırladaq ki, 2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurumun rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xəlaifidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir