Mədəniyyət

G20 Dinlərarası Dialoq Forumunda Azərbaycan multikulturalizmi müzakirə edilib – FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov sentyabr ayının 5-dən 7-dək Hindistanın Puna şəhərində keçirilən G20 Dinlərarası Dialoq Forumunda iştirak edir. Forum “Dinlərarası harmoniya vasitəsilə dünyada sülhün bərqərar olması və davamlı inkişafı” mövzusuna həsr edilib. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Rəvan Həsənov forumun “Sosial birlik, sabit cəmiyyətlər və din” […]

Cəmiyyət

Kəmaləddin Heydərov iqlim dəyişikliklərindən danışıb

“Son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”. Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib. Onun sözlərinə görə, zəlzələ hər zaman olur və baş verəcəyi vaxt bilinmir: “Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən […]

Cəmiyyət

Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin rəhbərliyi ilə görüş keçirilib – FOTO

Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) rektoru Qulam Abbas Miananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə nazirlikdən məlumat verilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu istiqamətdə […]

Cəmiyyət

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-u gündüzə qədər davam edəcək. Bununla əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır”. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, bu müddət ərzində Balakən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan […]

İdman

AFFA Vaqif Cavadovu cəzalandırıb

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb. Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin “Neftçi-2” ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub. Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, “gənclik şəhəri” təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb. Xeberal.az

Cəmiyyət

Bacısını evə qaytarmaq üstündə yeznəsi və onun qardaşını bıçaqladı – CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı […]

Cəmiyyət

BMT-nin rezident əlaqələndiricisi: “Sosial təminat üçün maliyyə və insan resursları artırılmalıdır”

“Sosial təminat və yeni iş yerlərinin açılması əsas istiqamətlərdən biridir. Ona görə də maliyyə və insan resursları artırılmalıdır”. “Report” xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, pandemiya dövründə həssas qrupa aid təbəqə daha […]

Siyasət

Paşinyan Rusiyaya “Qartal”la təpik atır: Azərbaycan üçün fürsət – TƏHLİL + FOTO

Ermənistanın Rusiya ilə münasibətlərində qısaqapanmaların çoxaldığı zamanda regionda Bakı-İrəvan gündəliyi üzrə hərbi toqquşma riski də zilə qalxır. Regionda barıt çəlləklərinə od vura biləcək başqa bir hərəkət də Ermənistan tərəfindən edilir, İrəvan bu dəfə ABŞ ilə birgə “Qartal tərəfdaşı 2023” adı verilən hərbi təlimlərə ev sahibliyi edəcək. Bu, hərbi təlimlər üzrə prosedurlardan çox, Ermənistanın sözün bütün […]

Kriminal

Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı – VİDEO

Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar – Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş, kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. O, əvvəllər məhkumluq həyatı yaşayıb. Bu hadisədən […]

Dünya

ÜST Banqladeşdə təhlükəli epidemiya barədə xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdə denge qızdırması epidemiyasının indiyə kimi müşahidə edilənlər arasında ən ciddisi olduğunu bəyan edib. Verilən məlumata görə, ÜST-də ölkə üzrə 135 mindən çox yoluxma halı qeyd olunur, onlardan 650-si ölümlə nəticələnib. Epidemik vəziyyət nəticəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənir, çünki paytaxtda xəstələnmə hallarının azalmasına baxmayaraq, respublikanın müxtəlif yerlərində daha çox […]