İdman

AFFA Vaqif Cavadovu cəzalandırıb

Sharing is caring!


AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin “Neftçi-2” ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, “gənclik şəhəri” təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir