Cəmiyyət

Bacısını evə qaytarmaq üstündə yeznəsi və onun qardaşını bıçaqladı – CƏZA

Sharing is caring!


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevə və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə də Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir