Gündəm

Biznesmen deputat Məşhur Məmmədov Şuşaya icra başçısı gedir?

Əldə etdiyimiz məlumata görə, Masallının deputatı Məşhur Məmmədov Şuşaya icra başçısı getməyə hazırlaşır. Xəbəral.az xəbər verir ki, artıq bir neçə gündür ki, bu barədə şayə dolaşır. Bizə elə gəlir bu cür söz-söhbəti ancaq və ancaq Məşhur Məmmədovun maliyyə ayırdığı insanlar edə bilər. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə sözügedən məsələ reallaşacaq. Bizdə öz növbəmizdə biznesmen […]

Müharibə

Erməni silahlılarının Xocavənd və Ağdamda fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 7-də saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Xeberal.az

Siyasət

Hikmət Hacıyev: “Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”

“Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan bu müharibənin başa çatdığına inanır: “Təəssüf, Ermənistan tərəfinin addımlarından görünən odur ki, o, Azərbaycanla sülhün bərqərar olmaması […]

Siyasət

TBMM sədri: “Dünya ictimaiyyəti öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını görməzdən gəlib”

“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını görməzdən gəlib”. “Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyasının yüz ili: Siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham […]

Dünya

İranda siyasi məhbuslar aclıq aksiyasına başladılar – FOTO

İranda siyasi məhbuslar aclıq aksiyası keçirirlər.   Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.   İranda İnsan Haqları Təşkilatının verdiyi xəbərə görə, Kərəcin Qızılhisar həbsxanasına zorla köçürülən 13 siyasi məhbus bu transferə və həbsxanada hökm sürən dözülməz saxlama şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Məhkumların yaxınları bildiriblər ki, yeni köçürülən 13 məhkum edamdan öncə məhbusların […]

Cəmiyyət

Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkar ediliblər – VİDEO

DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıblar. Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. Məlum olub ki, həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib və 01-BM-688 qeydiyyat nişanlı […]

Cəmiyyət

Vüqar Bayramov: “Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma var”

“Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Belə ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka krediti yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi […]

Dünya

Ekspert: “Rusiya ilə Ermənistan arasında münasibətlər mürəkkəb olaraq qalır”

“Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb olaraq qalır”. “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmyakov bildirib. “Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəni xatırlamaq olar, burada o, diqqəti müxtəlif güc mərkəzlərinə yönəltməyin zəruriliyi fikrini ifadə etmişdi”, – ekspert qeyd edib. […]

Cəmiyyət

Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş

Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda təqsirli bilinərək 7 il 6 ay həbs cəzasına məhkum edilən sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə üç nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlardan biri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ümumi Cərrahiyyə-2” kafedrasının rəhbəri, tibb elmləri doktoru Şahin Əliyevdir. […]

İdman

“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələnib

AFFA İntizam Komitəsi “Sabah” və “Kəpəz” klublarını cərimələyib. Milli assosiasiyanın məlumatına görə, “bayquşlar” 5 oyunçusu “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək. Gəncə təmsilçisinin isə 4 üzvü “Araz-Naxçıvan”a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb. “Səbail” klubu “Qarabağ”a […]