İdman

“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələnib

Sharing is caring!


AFFA İntizam Komitəsi “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

Milli assosiasiyanın məlumatına görə, “bayquşlar” 5 oyunçusu “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

Gəncə təmsilçisinin isə 4 üzvü “Araz-Naxçıvan”a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

“Səbail” klubu “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir