Müharibə

Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı – AÇIQLAMA

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlərinə start verilib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Trend”ə açıqlamasında deyib ki, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb. “Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və […]

Cəmiyyət

Körpəlikdən övladlığa verilən qız bioloji anası tərəfindən niyə QAÇIRILIB? – YENİLƏNİB + FOTO

“Bir yaş dörd aylığında qızı övladlığa götürmüşəm. Qızın 10 yaşı olanda bioloji anası ortaya çıxıb və məxfiliyi pozaraq yeniyetməni psixoloji təsirlə öz tərəfinə çəkib”. Bu iddiaları Bizim.media-ya yeniyetməni övladlığa götürən Lənkəran sakini Təhminə Əliyeva səsləndirib. O, 14 yaşına qədər böyüdüb boya-başa çatdırdığı qızını geri istəyir: “Həkimlər heç vaxt övlad sahibi olmayacağımı demişdilər. Bu qızı mən […]

Siyasət

UNDP Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətini davam etdirir – FOTO

BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanın münaqişədən zərər çəkmiş region və icmalarında həyati əhəmiyyətə malik fəaliyyətlərini davam etdirir. Bu barədə təşkilatdan bildirilib. Qeyd olunub ki, qurumun Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Proqramının dəstəyi ilə yaradılmış partlayıcı sursatların utilizasiyası komandası mina və partlamamış hərbi sursatlar üzrə müraciətləri araşdırır. Xeberal.az

Cəmiyyət

İçməli su Laçından Bakıya qədər gələcək – “Həkəriçay”da işlər nə yerdədir?

“Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi ilə Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının və Bakı şəhərinin yüksəkkeyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur”. Bunu “Trend”ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib. Onun sözlərinə görə, su anbarının yaradılması ilə […]

Cəmiyyət

“Sədərək”də qorxulu anlar: Satıcılar faciənin qarşısını aldılar – VİDEO

“Sədərək” ticarət mərkəzində yanğın təhlükəsi yaranıb. Oxu.Az xəbər verir ki, təhlükə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, ticarət mərkəzindəki mağaza sıralarından birində bir-birinə sıx formada yerləşdirilmiş elektrik xətlərində qısaqapanma baş verib. Satıcılar alışma yaranan hissəyə yanğınsöndürən balonla müdaxilə edərək, daha böyük əraziyə yayılmasının qarşısını alıblar. Görüntüləri təqdim edirik: Xeberal.az

Dünya

İranda güneyli tələbə universitetdən qovuldu – FOTO

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində universitetin iqtisadiyyat fakültəsində təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub. Bununla bağlı “Azad İran” “Telegram” kanalı bildirib. Bu barədə Tələbə Həmkarlar İttifaqı Şurasının verdiyi məlumata görə, Nərgiz Fədakar müəllim və öyrəncilərə qarşı repressiyalara etiraz etdiyinə görə cəzalandırılıb. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda […]

Cəmiyyət

Badamdarda narazılıq: MTK binanın idarəçiliyini sakinlərə niyə təhvil vermir? – AÇIQLAMA + FOTO

Bakıda yaşayış binasında sakinlərlə Mənzil Tikinti Kooperativi (MTK) arasında insident yaşanır. Bununla bağlı Oxu.Az-a müraciət edən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən binanın sakinləri məlumat veriblər. Onlar qeyd ediblər ki, 2019-cu ildə “MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən tikilib istifadəyə verilən binanın idarə edilməsi məqsədilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin […]

Cəmiyyət

Azərbaycanda məhsuldar buğda sortları yaradılır

Azərbaycanda quraqlığa davamlı, məhsuldar buğda sortlarının yaradılmasının üzərində iş aparılır. Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib. O qeyd edib ki, bir sortun tam sort olaraq formalaşması, rayonlaşması, fermer təsərrüfatına inteqrasiya edilməsi 15 ilə başa gəlir: “Bu isə, dünyada baş verən qlobal iqlim dəyişiklik fonunda tələbatı ödəməyə imkan vermir. Məsələn, 2023-cü […]

Cəmiyyət

Ramiz Məlik: “Məni narahat etməyə ehtiyac yoxdur”

Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır. Bu barədə Oxu.Az-a tanınmış aktyorun özü məlumat verib. “Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda yaxşıyam. Hər şey qaydasındadır. Müalicələrimi də davam etdirirəm. Məni narahat etməyə ehtiyac yoxdur”. Qeyd edək ki, bu günlərdə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşmışdı. […]