Dünya

İranda güneyli tələbə universitetdən qovuldu – FOTO

Sharing is caring!


Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində universitetin iqtisadiyyat fakültəsində təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı bildirib.

Bu barədə Tələbə Həmkarlar İttifaqı Şurasının verdiyi məlumata görə, Nərgiz Fədakar müəllim və öyrəncilərə qarşı repressiyalara etiraz etdiyinə görə cəzalandırılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir