Cəmiyyət

İçməli su Laçından Bakıya qədər gələcək – “Həkəriçay”da işlər nə yerdədir?

Sharing is caring!


“Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi ilə Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının və Bakı şəhərinin yüksəkkeyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur”.

Bunu “Trend”ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 22.12.2022-ci ildə başlanılıb və 22.10.2024-cü il tarixinə yekunlaşdırılması nəzərdə tutulur.

“İşlərin 37%-i yerinə yetirilib. Su anbarından çıxan magistral boru xəttinin alternativ istiqamətdə içməli su təchizatı ilə bağlı təkliflər hazırlanır. “Həkəriçay” su anbarının həcmi 91 milyon kubmetrdir”, – deyə D.Şərifov qeyd edib.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir