İqtisadiyyat

Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub – FOTO

Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı” keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Şərqlə […]

Dünya

Nigeriya bütün ölkələrdəki səfirlərini geri çağırır

Nigeriya hakimiyyəti xarici diplomatik nümayəndəliklərindəki vəziyyəti təhlil etdikdən sonra ölkənin bütün dünyadakı səfirlərinin geri çağırılması barədə qərar verib. Müvafiq qərar dövlət başçısı Bola Tinubu tərəfindən imzalanıb və prezident administrasiyasının “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) səhifəsində yerləşdirilib. Məlumata görə, BMT Baş Assambleyasının qarşıdan gələn iclası ilə əlaqədar yalnız Nigeriyanın Nyu-York və Cenevrədəki təşkilat üzrə daimi nümayəndələri […]

İqtisadiyyat

Azərbaycan-Çin birgə iqtisadi təşəbbüslərinin perspektivləri müzakirə edilib – FOTO

“Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumunda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin əməkdaşlığın səmərəliliyinin artırılması üçün əhəmiyyətini vurğuladıq”. Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasında qeyd edib. “Azərbaycan-Çin sahibkarları və biznes strukturları arasında birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivlərini müzakirə etdik”, – deyə nazir əlavə edib. Azərbaycan-Çin #İnvestisiya və Ticarət Forumunda iki ölkə arasında […]

Siyasət

Komissiya sədri: “Ermənilərin törətdikləri vandalizmlə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcəyik”

“Füzulidə ermənilərin törətdikləri vandalizm aktı barədə beynəlxalq təşkilatlara hesabat təqdim edəcəyik”. Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman bildirib. “Bu gün Füzulidə gördüklərimiz sadəcə bir dəhşət idi. Bu, insanlıq əleyhinə olan cinayətdir. Məzarlıqlar dağıdılıb, qəbirlər təhqir edilib. Burada həm də onun şahidi olduq ki, müsəlman dini […]

Dünya

Samsunda leysan: Küçələri su basdı, yollar çökdü – VİDEO

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib. Məlumata görə, güclü yağışlardan ən çox Samsun şəhəri zərər çəkib. Ötən gecədən başlayan leysan bu gün də davam edir. Kanalizasiya sularının daşması nəticəsində şəhər küçələrindən çay axıb. Bir neçə meydanı və küçələri su […]

Cəmiyyət

Ələt-Astara yolunda avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib, yaralananlar var. “Report”un məlumatına görə, hadisə yolun 105-ci kilometrində qeydə alınıb. Belə ki, “Nissan” markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Yaralanan 4 nəfər xəstəxanaya aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər edib. Səfər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın dəvəti ilə baş tutub. Tehrana gələn Türkiyə XİN rəhbərini iranlı həmkarı qarşılayıb. Qarşılamadan sonra Fidan və Abdullahian ikitərəfli və nümayəndə heyətləri ilə birlikdə görüşlər keçirmək üçün nazirliyin binasına yollanıblar. Danışıqlarda iki ölkə arasındakı münasibətlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə […]

Cəmiyyət

Ermənilərin növbəti yalanı ifşa edildi – Xəbərlərin 15:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənilərin növbəti yalanı ifşa edildi. Sərhəddə yanğın törədib, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. Qarabağdakı separatçıların sonu: Qondarma rejimin “məmurları” Xankəndini tərk edirlər. Tayvana məxsus təyyarə təcili Bakıya eniş etdi. Azərbaycan Hava Yolları məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 15:00 buraxılışında: Xeberal.az

Siyasət

Ankaradakı “TEXNOFEST”in azərbaycanlı iştirakçıları: “Burada ölkəmizə maraq cəlb edirik” – FOTO

Ankarada ilk dəfə keçirilən dünyanın ən böyük aerokosmik və texnologiya festivalı – “TEXNOFEST”də Azərbaycanın təhsil sahəsi üzrə üç, kənd təsərrüfatı üzrə bir startap layihəsi yer alır. “Report”un Ankara bürosu yarışda iştirak edən azərbaycanlı komandalarla görüşüb, onların təqdim etdiyi məhsullarla maraqlanıb. “Safavy.org” komandası 2020-ci ildə yaradılıb. Komandanın kapitanı İqtisad Universitetinin gənc müəllimi Könül Quliyevanın sözlərinə görə, […]

İdman

“Mançester Siti” Holandın məvacibini iki dəfə artıracaq

İngiltərə Premyer Liqasının hazırkı çempionu “Mançester Siti” yaxın vaxtlarda hücumçusu Erlinq Holanda təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif edəcək. Məlumata görə, “şəhərlilər” Norveç yığmasının oyunçusunun maaşını təxminən iki dəfə artırmağa hazırdırlar. Yeni müqaviləyə əsasən, o, həftədə 600 min funt sterlinq (700 min avro) alacaq. Qeyd olunur ki, “Siti” digər klubların futbolçunu ələ keçirə bilməməsi üçün hücumçuya […]