Dünya

Zelenski Ukraynanın müdafiə naziri postuna Rüstəm Umerovu təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib. Bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib. Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək. Xeberal.az

Cəmiyyət

Ağsuda dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir – VİDEO

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir. Qeyd edək […]

Cəmiyyət

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsinin əməkdaşları Şuşa şəhərinə səfər ediblər – FOTO

2-3 sentyabr 2023-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi heyətin Şuşa şəhərinə səfəri baş tutub. Oxu.Az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və qoruğun əməkdaşları ilə görüşüblər. Görüş çərçivəsində fikir mübadiləsi aparılıb, gələcək perspektivlər, ortaq layihələrin birgə işlənilməsi istiqamətində əməkdaşlıq imkanları […]

Dünya

İsrail İordaniya ilə sərhəddə divar inşa edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-İordaniya sərhədində maneələr quraşdırmaq planlarını açıqlayıb. “Biz Misirlə cənub sərhədində maneələr qurduq və qeyri-qanuni mühacirlərin İsrailə daxil olmasını dayandırdıq. İndi biz İordaniya ilə şərq sərhədində maneələr yaradacaq və bu ərazidən də axının qarşısını alacağıq”, – Netanyahu bildirib. Baş nazir həmçinin qeyd edib ki, Misirlə sərhəddə divarın tikintisi Afrikadan bir milyondan […]

Siyasət

Separatçılardan növbəti təxribat – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılardan növbəti təxribat. Mülki geyimli ermənilər hərbçilərimizə atəş açdılar. Ölkədə daha bir güclü zəlzələ baş verdi. Qurumlar hadisə ilə bağlı məlumat yaydı. Külək Şəkidə fəsadlar törətdi. Yaşayış evlərinə ciddi ziyan dəydi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İdman

“İnter” darmadağınla qalib gəldi – VİDEO

“İnter” İtaliya A Seriyasının III turunu darmadağınla başa vurub. Oxu.Az xəbər verir ki, “nerazzuri” öz meydanında “Fiorentina”ya qalib gəlib – 4:0. Markus Türamın hesabı açdığı qarşılaşmada Lautaro Martines dubl edib. Daha bir qolu penaltidən Hakan Çalhanoğlu vurub. Üç oyunda maksimum nəticə göstərən “İnter” doqquz xalla “Milan”la birgə zirvəyə şərikdir. “Fiorentina” dörd xalla səkkizinci pillədə qərarlaşıb. […]

Cəmiyyət

Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib

Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda – Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. “İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu […]

İdman

Madriddə fırtına səbəbindən “Atletiko” – “Sevilya” matçı təxirə salınıb

İspaniya çempionatının 4-cü turu çərçivəsində keçiriləcək “Atletiko” – “Sevilya” matçı bazar günündən daha sonrakı tarixə təxirə salınıb. Məlumata görə, La Liqa əvvəlcə məsələni klublarla müzakirə edərək fırtına xəbərdarlığı səbəbindən bu qərarı verib. Qeyd edək ki, Madriddə 3 sentyabr tarixində qırmızı həyəcan elan edilib. Hazırda “Atletiko” La Liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində […]

Dünya

İsrail ABŞ-dən 25 ədəd F-35 təyyarəsi alacaq

İsrail Müdafiə Nazirliyi ABŞ-dən üçüncü eskadrilyasının təşkili üçün 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Onun sözlərinə görə, İsrailin müdafiə naziri Yoav Qalan və Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir tərəfindən razılaşmanın təsdiqindən sonra İsrail tərəfi ABŞ-dəki F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı […]