Cəmiyyət

Ağsuda dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir – VİDEO

Sharing is caring!


Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq, yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir