Dünya

Gürcüstanda türkdilli bələdçilər üçün təlimlər keçirilir

Mart ayından etibarən Batumi və Kobuletidə treninqlərə başlanılıb və bu təlimlər çərçivəsində turizm sektorunun 400-ə yaxın nümayəndəsinin hazırlanması planlaşdırılır. Acarıstan Turizm Departamenti xəbər verir ki, bu il ilk dəfə iştirakçılar arasında türkdilli bələdçilər də var. Bələdçilərlə yanaşı, mehmanxana və iaşə müəssisələrinin rəhbərləri, təmizlik xidməti işçiləri, ofisiantlar və inzibatçılar da təlimlərə qatılıblar. Mənbə: Sputnik-Georgia Xeberal.az

İqtisadiyyat

Azərbaycanda şirkət sahibi olmaq üçün nə etmək lazımdır? – FOTO

Öz işini qurmaq arzusu, istəyi çoxumuzda var. “Bircə şirkəti rəsmiləşdirib işə başlamaq qalır” deyənlər də az deyil. Bəs rəsmi bir şirkətə sahib olmaq üçün hansı prosesi keçməliyik? “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Biznes konsultant Vüsal Səlimov deyir ki, hər hansı rüsum ödəmədən 3 gün ərzində onlayn şəkildə şirkətimizi rəsmiləşdirə bilərik. Bunun üçün ilk […]

Cəmiyyət

Gəncədə kafeyə qumbara atan şəxsi polis zərərsizləşdirib – RƏSMİ

Ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum […]

Dünya

Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi – YENİLƏNİB + FOTO/VİDEO

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkə lideri Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib. Bu barədə o, “Facebook”da yazıb. Nikiforov Zelenskiyə ünvalanan sualın fərqli olduğuna bildirib: “ – Rusiyalılar bildiribər ki, Baxmutu alıblar. Prezidentin cavabı: – Fikrimcə, yox. Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”. 11:13 Ukrayna […]

Şou-Biznes

Safurə ailəsi ilə tətildə -FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial şəbəkədə ailəsi istirahətindən yeni fotolarını paylaşıb. Lent.az xəbər verir ki, şəkillərdə onun həyat yoldaşı Fərhad Əliyev və övladları İsgəndər, Natiq, Aişə yer alıb. Qeyd edək ki, Safurə ailə qurduqdan sonra müğənniliyi atıb və hazırda İstanbulda yaşayır. 

Dünya

Afrika sahillərində girov götürülən gürcüstanlı dənizçilər azad olundu

Gürcüstan hakimiyyəti may ayının əvvəlində Qabon sahillərində girov götürülən iki dənizçini azad etməyə müvəffəq olub. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bazar günü dərc olunmuş məlumatında deyilir. “Xarici İşlər Nazirliyi, Gürcüstanın Cənubi Afrika Respublikasındakı səfirliyi və Dəniz Nəqliyyatı Agentliyinin səyləri nəticəsində mayın 21-də gürcü dənizçiləri əsirlikdən xilas ediliblər. Onlar Nigeriyada tibbi müayinədən keçirlər, sağlamlıqları qənaətbəxşdir. […]

Dünya

Ukrayna MN: “Ordumuz Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır” – FOTO

Ukrayna ordusu Baxmutu tam da olmasa mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında məlumat yayıb. O, bildirib ki, rusiyalılar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib. “Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir”, […]

İdman

Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçısı oldu

Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. “Report” xəbər verir ki, istedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb. 22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi […]

Dünya

Kurt Kobeynin sınmış gitarası inanılmaz məbləğə satıldı – FOTO

Nirvana qrupunun mərhum solisti Kurt Kobeynin sınmış “Fender Stratocaster” elektrik gitarası 596 900 dollara satıılıb. Hərracı keçirən “Julien’s Auctions” ticarət evinin məlumatına görə, musiqiçi 1991-ci ildə “Endless, Nameless” mahnısının yazılması zamanı onu sındırıb. Alət bərpa olunub, amma işlək deyil. Qrupun keçmiş üzvləri gitara üzərində öz avtoqraflarını qoyublar. Mənbə: news.ru Xeberal.az

Cəmiyyət

Gəncədə minik maşını yük maşını ilə toqquşdu – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb. Hərəkətdə olan “Passat” markalı minik maşını ilə yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da minik maşınına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az