Cəmiyyət

Həkim: “Soyuq hava xəstəlik səbəbi deyil” – MÜSAHİBƏ + FOTO

Çoxumuz ömrümüzdə bir dəfə də olsa burun, boğaz, qulaq xəstəlikləri ilə bağlı həkimə müraciət etmişik. Otorinolarinqoloq, uzman həkim Əli Əliyev bu xəstəliklərlə bağlı “Kaspi”nin suallarını cavablandırıb.  Xalq arasında “burun-boğaz əti” adıyla məşhur olan adenoid və tonzillərin aradan qaldırılması ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri “lazımdır, qalmalıdır” deyir, digərləri “mütləq şəkildə əməliyyat olunub zərərsizləşdirilməlidir” qənaətindədir. Əli Əliyev […]

Cəmiyyət

Gəncədə iki minik maşını toqquşdu – FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 ilə “Opel” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Bakıda keçirilən xüsusi əməliyyatın təfərrüatı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Gəncədə kafeyə qumbara atan şəxs polisə silahlı müqavimət göstərdi. Bakıda keçirilən xüsusi əməliyyatın təfərrüatı açıqlandı. Türkiyədən 4.9 bal gücündə zəlzələ baş verdi. Bu dəfə Adana silkələndi. “Gələcəkdə belə görsənir ki, heç taxıl əkə bilən deyilik”. Fermerlər taxıl əkməkdən niyə imtina edir? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Dünya

Rusiya Putinin həbsinə order verən prokuror və hakimə qarşı rəsmi ittiham irəli sürdü

Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuru Kərim Əhməd Xana və həmin məhkəmənin hakimi Rosario Salvatore Aytaleyə qarşı qiyabi ittiham irəli sürüb. Məhz onların birgə səyi nəticəsində Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilib. Rusiya tərəfi prokurorun hərəkətlərini “təqsirsiz şəxsi bilərəkdən cinayət məsuliyyətinə cəlb etmək” kimi qiymətləndiriblər. Eyni zamanda, hakim “beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə bilərəkdən […]

Cəmiyyət

Bakıda azyaşlı su quyusuna düşərək həyatını itirdi

Şüvəlanda azyaşlı quyuya düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin […]

Cəmiyyət

Ağstafada çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti aşkarlandı – FOTO

Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, çay […]

Cəmiyyət

Bakıda magistral yolda sürücü əyləcə basaraq qəza şəraiti yaratdı – VİDEO

Bakıda sürücü sürətli yolda avtoxuliqanlıq edib. Bu barədə görüntülər Oxu.Az redaksiyasına göndərilib. Belə ki, hadisə Dərnəgül şossesində baş verib. Görüntülərdən məlum olur ki, 10-LK-070 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil magistral yolda qəsdən əyləcə basaraq qəza şəraiti yaradıb. “Avtomobilimdə azyaşlı uşaqlar və ailə üzvlərim var idi. Qarşıda hərəkət edən avtomobilə mənə yol verməsi üçün işarə verdim, daha sonra sürücü […]

Dünya

Bayden Rusiyanın Baxmutdakı itkilərini açıqlayıb

Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur. Bu rəqəmi ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib. “Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Həqiqət budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi vacib deyil […]

Cəmiyyət

Masazırda zibil poliqonuna çevrilən su anbarı məişət tullantılarından təmizləndi – FOTO/VİDEO

Masazırda zibil poliqonuna çevrilən su anbarı məişət tullantılarından təmizlənib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Polis İdarəsi tərəfindən ərazinin tullantılardan təmizlənməsi təşkil olunub. Qeyd edək ki, sözügedən ərazinin məişət tullantıları poliqonuna çevrilməsi ilə bağlı Masazır sakinləri şikayət etmişdilər. Xeberal.az

Dünya

Rusiyada zəlzələ baş verib

Kuril adalarında 5,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb. Xidmətin məlumatına görə, zəlzələnin episentri Şikotan adasından 39 kilometr aralıda dənizdə yerləşib. “Təkanların ocağı 41 kilometr dərinlikdə olub”, – Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib. Onun sözlərinə görə, yeraltı təkanları Şikotan və Kunaşir adalarının […]