Kriminal

Xaçmazda motosiklet Şabran sakinini vuraraq öldürüb

Xaçmaz rayonunun Çənlibel parkında motosiklet piyadanı vuraraq öldürüb. “Report”un şimal bürosunun məlumatına görə, Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu yolu keçərkən motosiklet onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Real” uduzdu, “Atletiko” ikinci oldu – YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 35-ci turunda “Real Madrid” məğlubiyyətlə üzləşib. Oxu.Az xəbər verir ki, “kral klubu” səfərdə “Valensiya”ya uduzub – 0:1. Matçda yeganə qolu 33-cü dəqiqədə Dieqo Lopez vurub. Madrid klubunun heyətində 90+7-ci dəqiqədə Vinisius Junior qırmızı vərəqə ilə meydandan qovulub. Məğlubiyyətdən sonra “Real Madrid” 71 xalla 3-cüdür. “Valensiya” isə qələbə sayəsində xalını 40-a çatdırıb və […]

Cəmiyyət

28 yaşlı azərbaycanlının “Boeing” macərası – MÜSAHİBƏ + FOTO

Uşaqlıqdan arzuladığı deyil, əmək bazarının tələblərinə uyğun peşə seçib. Məhz bu seçimi onu gənc yaşında karyera ilə bağlı qurduğu ən böyük arzusuna çatdırıb. 5 illik mübarizədən sonra “aysberqin zirvəsi” adlandırdığı yerdə fəaliyyətini davam etdirir. Dünya miqyasında təyyarələr, raketlər, peyklər, telekommunikasiya avadanlıqları istehsal edən Amerika şirkəti “Boeing”də işləyən azərbaycanlı Anar Abbasov “Kaspi” qəzetinə müsahibə verib. 28 […]

İdman

“Borussiya” Bundesliqada liderliyi ələ keçirdi – VİDEO

“Borussiya” (Dortmund) Almaniya Bundesliqasında liderliyi ələ keçirib. Oxu.Az xəbər verir ki, komanda buna 33-cü turda səfərdə “Auqsburq”u məğlub etməklə nail olub – 3:0. Sebastyan Allenin dubl etdiyi qarşılaşmada son nöqtəni Yulian Brandt qoyub. Xallarını 70-ə çatdıran “Borussiya” vahid liderdir və sona bir tur qalmış ən yaxın izləyicisi “Bavariya”nı iki xal üstələyir. Xeberal.az

Dünya

Xaricdə yaşayan 700 minə yaxın Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib

Xaricdə yaşayan 683 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunun ilk günündə səs verib. Bu barədə bazar günü ölkənin Ali Seçki Şurası (YSK) məlumat yayıb. Məlumata görə, sərhəd-keçid məntəqələrində səs verən 34 min nəfərlə birlikdə 2014-cü ildən başlayaraq xaricdəki seçki məntəqələri üzrə səsvermədə iştirak rekordu qırılıb. Ümumilikdə, mayın 21-i günorta saatlarınadək YSK 717 min […]

Siyasət

Ümumdünya Səhiyyə Assambleyasında Azərbaycan heyəti beynəlxalq şirkətin rəhbərliyi ilə görüşüb – FOTO

Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir. Oxu.Az xəbər verir ki, Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”nin rəhbərliyi arasında ikitərəfli görüş baş tutub. Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, səhiyyə […]

Cəmiyyət

Roman Fedçuk: “Bakıda musiqini anlayan dinləyicilər çoxdur” – MÜSAHİBƏ + FOTO

Azərbaycan və Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə skripkaçı Canel Nəcəfli ilə müəllimi Roman Fedçukun Filarmoniyada keçirilən birgə konserti zaldakı dinləyicilərə unudulmaz anlar yaşatdı. Çexiyanın Plzen Dövlət Konservatoriyasının professoru, Beynəlxalq Müsabiqələr laureatı Roman Fedçuk konsertdən sonra “Kaspi” qəzetinə müsahibəsində Bakı musiqisevərləri ilə görüşdən məmnun olduğunu deyib. – Bu yaxınlarda Filarmoniyada istedadlı skripkaçı Canel […]

Cəmiyyət

Şəkidə fermerlər çətinliklərlə üzləşdi: “Belə getsə, taxıl əkməyəcəyik” – VİDEO

“Belə getsə, taxıl əkməyəcəyik”. Bu sözləri Baku TV-yə açıqlamasında fermer Arif Hüseynov deyib. O qeyd edib ki, keçən il 10 hektar taxıl əksə də, bu il 5 hektar əkib. “Gübrələrin qiyməti günü-gündən artır. Subsidiyadan verilən gübrə taxılın həcmini ödəmədiyi üçün məcbur olub əlavə alırıq”, – deyə fermer qeyd edib. Daha ətraflı süjetdə: Xeberal.az

Siyasət

Mehriban Əliyeva Avropa çempionatında uğurlu çıxış edən gimnastlarımızı təbrik edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan gimnastlarını təbrik edib. Oxu.Az xəbər verir ki, bu barədə Mehriban Əliyeva öz “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə […]

Dünya

Yunanıstanda parlament seçkiləri keçirilib

Yunanıstanda parlament seçkiləri başa çatıb. Bu barədə bazar günü seçkilərin keçirilməsinə cavabdeh olan Yunanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə 20:00-da) bağlanıb. Bir qədər sonra Yunanıstanın yeddi aparıcı özəl telekanalı eyni vaxtda ilk “exit-poll”un ümumi nəticələrini elan edəcək. Qeyd edək ki, seçkilər 36 partiya və koalisiyanın, […]