İdman

“Real” uduzdu, “Atletiko” ikinci oldu – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İspaniya La Liqasının 35-ci turunda “Real Madrid” məğlubiyyətlə üzləşib.

Oxu.Az xəbər verir ki, “kral klubu” səfərdə “Valensiya”ya uduzub – 0:1.

Matçda yeganə qolu 33-cü dəqiqədə Dieqo Lopez vurub. Madrid klubunun heyətində 90+7-ci dəqiqədə Vinisius Junior qırmızı vərəqə ilə meydandan qovulub.

Məğlubiyyətdən sonra “Real Madrid” 71 xalla 3-cüdür. “Valensiya” isə qələbə sayəsində xalını 40-a çatdırıb və 13-cü pillədə qərarlaşıb.

20:21

İspaniya La Liqasında 35-ci tur davam edir.

Oxu.Az xəbər verir ki, “Atletiko” öz meydanında “Osasuna” ilə qarşılaşıb.

Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Yannik-Ferreyra Karraskonun hesabı açdığı matçda digər qolları Saul Niqez və Anxel Korrea vurublar. Qələbə sayəsində xallarını 72-yə çatdıran “Atletiko” 2-ci pilləyə yüksəlib.

Komanda bir oyun çox keçirdiyi “Real Madrid”i bir xal üstələyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir