Dünya

Bu gün Beynəlxalq Çay Günüdür – FOTO

21 may Beynəlxalq Çay Günü qeyd olunur. BMT bu tarixi çay idxal edən ölkələrdə bu məhsulun istehlakının azaldılmasına diqqət çəkmək məqsədilə elan edib. Belə ki, çay istehsalı və ixracı inkişaf etməkdə olan ölkələrdəki bəzi insanların əsas dolanışıq mənbəyidir. Digər tərəfdən, qlobal iqlim dəyişikliyi, cənub rayonlarında orta temperaturun artması, quraqlığa səbəb olan zəif yağıntılar, daşqınlara səbəb […]

Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub: Təxliyə olunanlar var – FOTO/VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində […]

Cəmiyyət

II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilib – YENİLƏNİB

Bu gün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan 17 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 116 imtahan binası, 2096 imtahan zalı ayrılıb. İmtahanların idarə […]

Cəmiyyət

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Polis mayoru vəfat etdi

Naxçıvan MR Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Naxçıvan MR DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il Zahir Səfərov dünyasını dəyişib.  Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.  Araşdırma […]

Cəmiyyət

Hərbi vəzifəlilərin asudə vaxtı səmərəli təşkil olunur – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. […]

Cəmiyyət

Şəmkirdə avtomobil aşıb, yaralananlar var

Şəmkir rayon Çənlibel kəndində avtomobilin aşması nəticəsində sürücü və sərnişini yaralanıblar. “Report”un məlumatına görə, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 2003-cü il təvəllüdlü M.Əhmədov və həmyaşıdı S.Bayramov xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Qeyd edək ki, qəza zamanı avtomobildə daha bir sərnişin də olub. Həmin şəxs qəzada xəsarət almayıb. Faktla bağlı […]

Dünya

Fransada gecə klubunda atışma olub, ölənlər var

Fransanın Marsel şəhərində gecə klubunun qarşısında baş verən atışmada azı üç nəfər ölüb. Belə ki, naməlum şəxs avtomobildən 5 nəfərin olduğu dayanacağa “Kalaşnikov” avtomatından atəş açıb. Üç nəfər ölüb, digər ikisinin vəziyyəti isə açıqlanmır. Hadisədən bir müddət sonra atəş açılan avtomobil yanmış halda tapılıb. Mənbə: BFM telekanalı Xeberal.az

İdman

Gimnastımız Avropa çempionatında topla hərəkətlərdə üçüncü yeri tutdu

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova topla hərəkətlərdə üçüncü yeri tutub. Trend xəbər verir ki, o, çıxışına görə 32,850 xal toplayıb. İtaliyalı Sofiya Raffaeli 33,650 xalla birinci olub. İkinci yeri 33,350 xalla Bolqarıstanı təmsil edən Stilyana Nikolova tutub. Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında […]

Cəmiyyət

Bağça müəllimlərini gözləyən “təhlükə” – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri, Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”. Xeberal.az