Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir