İqtisadiyyat

Neft İxrac Edən Ölkələr Təşkilatının Beynəlxalq İnkişaf Fondu ilə görüş keçirildi – FOTO

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində baş tutmuş İslam İnkişaf Bankının 48-ci İllik Toplantısı çərçivəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun (OFID) baş direktoru Əbdülhəmid Əl-Xəlifə ilə görüş keçirib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, görüş zamanı Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri […]

İdman

“Qarabağ” Avropanın “Top 100” komandası reytinqində gerilədi

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Apasport.az-ın məlumatına görə, siyahıda qitənin 438 ən güclü klubu yer alıb. Azərbaycanın ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu 216 xalla 85-cidir. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə bir pillə geriləyib. 33 xala malik “Neftçi” Avropada 225-cidir. Bakılılar 3 addımlıq irəliləyişə nail olublar. 5 pillə irəliləyən “Qəbələ” 5 xalla 375-cidir. […]

Dünya

Morqensternin Bakıdakı konserti ləğv edildi

Məşhur repçinin konserti təxirə salınıb. Oxu.Az xəbər verir ki, rusiyalı rep ve estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib. Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı konsertin təşkilaçıları ilə danışıb. Təşkilatçı konsertin ümumiyyətlə baş tutmayacağını açıqlayıb: “Bəli, konsertə sayılı günlər qalmışdı. Texniki səbəblərə görə, ləğv edildi. Başqa səbəb yoxdur. […]

Dünya

Baydendən Türkiyədəki seçkiyə qəribə şərh – VİDEO

ABŞ Prezidenti Cozef Bayden Türkiyədə keçirilən prezident seçkisini şərh edib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. O, bildirib ki, seçkini “kim qazanacaqsa, o da qazanacaq”. Seçkidən sonra mümkün ixtilafların baş verməsi ehtimalını dəyərləndirən dövlət başçısı onsuz da dünyanın sözügedən hissəsində kifayət qədər problemlərin mövcudluğunu dilə gətirib.   Xeberal.az

Siyasət

Azərbaycan məqsədinə nail olur – VİDEO

Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca beşinci görüşdə bir sıra məsələlər müzakirə edilib ki, bu da Azərbaycanın növbəti diplomatik qələbəsi kimi səciyyələndirilir. Xüsüsən, iki ölkə arasında normallaşma prosesinin irəlilədilməsi, sərhədlərin delimitasiyası ilə bağlı atılacaq addımlar, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü tanıması, həmçinin əsir düşən əsgərlərimizin tezliklə azad olunmasına dair qarşılıqlı […]

Dünya

“Türkiyədə prezident seçkilərinin nəticələri xalqın Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi” – RƏY + FOTO

“Türkiyədə prezident seçkilərinin nəticələri xalqın öz liderinə, Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etdi”. Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. “Qardaş Türkiyə Cümhuriyyəti ikinci yüz ilinə də siyasi baxımdan uğurla qədəm qoydu. Martın 14-də keçirilən prezident və parlament seçkiləri istər demokratikliyi, istərsə də seçici fəallığı baxımından dünyanın siyasi tarixinə yazıldı”, – deputat bildirib. O, qeyd […]

Cəmiyyət

Bəzi rayonlara qar yağıb – FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mayın 15-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, […]

Siyasət

Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Ş.Papuaşvilinin Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib. Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsindən və strateji tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq […]

Siyasət

Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşüb – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfər çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borel ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri […]

Siyasət

Ali Seçki Şurası yeni qərarını açıqladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı. Baş diplomatlar hansı məsələləri müzakirə etdilər? Türkiyə yenidən seçkiyə gedəcək. Ali Seçki Şurası yeni qərarını açıqladı. Bakıdan Ankaraya uçan təyyarə təcili Tbilisiyə endi. Hava gəmisində nə baş verib? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az