İdman

Azarkeşlər Messini fitə basdılar

PSJ azarkeşləri Lionel Messini fitə basıblar. Komanda Liqa 1-in 35-ci turu çərçivəsində “Ayaçço” ilə qarşılaşır. Stadiondakı diktor isinmə hərəkətləri zamanı komandaların heyətini açıqlayarkən Paris klubunun azarkeşlərindən bəziləri argentinalı hücumçuya öz etirazını bildirib. Bir neçə saniyə sonra açıqlanan Kilian Mbappenin adı isə gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək […]

Cəmiyyət

Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Xətai rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı yaralanıb. “Report”un məlumatına görə, olay 8 Noyabr prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Aslanov Elnur Fəxrəddin oğlu müxtəlifdərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Dənizin dibində çiləyicidən də istifadə etməklə saç kəsib tarixə düşmək istədi – VİDEO

Türkiyənin Manisa şəhərində gənc yaşlarından bərbərliyə başlayan Emirhan Güngör peşəsində daha yaxşı mövqelərə çatmaq üçün maraqlı bir yeniliyə imza atıb. Belə ki, o, bərbəırliyini dənizin altında edib. Bunun üçün o, İzmirin Karaburun rayonu sahilində dənizin təxminən 5 metr dərinliyə dalıb. 17 yaşlı gəncin sözlərinə görə, bu planını ailəsinə açıqlayanda fikri birmənalı qarşılanmayıb: “Atam dedi ki, “sən dəlisən? […]

Cəmiyyət

Zabratda yaşayış binası qəzalı vəziyyətdədir: Sakinlər narahatdır – VİDEO

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Sakinlər binanın mövcud vəziyyətindən narahatdırlar. “Xezerxeber.az”ın məlumatına görə, mənzillərdəki döşəmələrin taxtası aralanıb, baxan zaman su dolu zirzəmi görünür. Sakinlər bildirir ki, bu mənzil 2 ildir təmir olunub. Ancaq indi bu hala  düşüb. Onların sözlərinə görə, dəfərlərlə aidiyyəti qurumlara müraciət edilib, ancaq hələ də […]

Siyasət

Şarl Mişel Nikol Paşinyanla görüşüb – YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ prezidenti Şarl Mişel Brüsseldə görüşür. “Caliber”in məlumatına görə, Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Azərbaycan Prezidenti, Aİ Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar mayın 14-nə planlaşdırılıb. 19:47 Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Brüsselə gəlib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat […]

İdman

PSJ beş qol vuraraq rəqib komandanı Liqa 1-dən qovdu – VİDEO

Fransa Liqa 1-nin lideri PSJ “Park de Prens” arenasında “Ayaçço”nu qəbul edib. 35-ci turun bu matçında üstün tərəf ev sahibi komanda olub. Paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib – 5:0. Oyun həmçinin hər iki komandanın qarşılaşmanı 10 nəfərlə bitirməsilə yadda qalıb. Belə ki, parislilərdən Hakimi, qonaqlardan isə Manqani meydandan […]

Siyasət

İlham Əliyev Belçikaya səfər edib, Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlandı. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin […]

İdman

“Real”dan minimal hesablı qələbə – VİDEO

Madrid “Real”ı LaLiqanın 34-cü turunu qələbə ilə başa vurub. Ancelottinin yetirmələri turnir cədvəlinin son üçlüyündə yer alan “Hetafe”ni qəbul ediblər. Oyun gözlənildiyi kimi Kral klubunun üstünlüyü ilə yekunlaşıb – 1:0. Hazırda paytaxt komandası 71 xalla 2-ci, “Hetafe” isə 34 xalla 18-ci yerdədir.   Xeberal.az

İdman

“İnter” 3 xalı 4 qolla aldı – VİDEO

“İnter” doğma meydanda azarkeşlərini sevindirib. Milan klubu “Cuzeppe Meatsa”da turnirin ortabablarından sayılan “Sassulo”nu qəbul edib. İtaliya A seriyasının 35-ci turu çərçivəsində baş tutan matç meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb – 4:2. Bu nəticədən sonra “İnter” 66 xalla 3-cü, onun rəqibi isə 44 xalla 13-cü yerdə qərarlaşıb.   Xeberal.az

Siyasət

İlk dəfə mobil telefonla kimə zəng edilib? – VİDEO

Baku TV Gülnar Muradovanın mobil telefonun tarixçəsi və inkişafı ilə bağlı araşdırmasına həsr olunmuş süjet hazırlayıb. Süjetin müəllifi ilk dəfə mobil telefonla edilən zənglə bağlı məlumat verir: “1973-cü ilin apreli idi. Nyu-Yorkun mərkəzi küçələrinin birində əlində əcaib qurğunu saxlayıb telefonla danışan kişi hamının nəzərini özünə cəlb etməyi bacarmışdı. Bu zaman küçədəki insanlar bəlkə də onun […]