Siyasət

İlk dəfə mobil telefonla kimə zəng edilib? – VİDEO

Sharing is caring!


Baku TV Gülnar Muradovanın mobil telefonun tarixçəsi və inkişafı ilə bağlı araşdırmasına həsr olunmuş süjet hazırlayıb.

Süjetin müəllifi ilk dəfə mobil telefonla edilən zənglə bağlı məlumat verir:

“1973-cü ilin apreli idi. Nyu-Yorkun mərkəzi küçələrinin birində əlində əcaib qurğunu saxlayıb telefonla danışan kişi hamının nəzərini özünə cəlb etməyi bacarmışdı. Bu zaman küçədəki insanlar bəlkə də onun yadplanetli olmasını düşünüblər. Amma o, yadplanetli deyildi. Həmin insan mühəndis Martin Kuper idi. Əlindəki əcaib aparat isə ilk telefon idi. O, rəqib şirkətdə çalışan həmkarı Coel Engelə zəng vurmuşdu. Çünki həmkarına nə vaxtsa bu möcüzənin baş verəcəyinə söz vermişdi. Məhz bu zəng yeni mobil eranın başlanğıcı və əlaqə yaratmaq sahəsində inqilab idi”.

Süjetdə, həmçinin Azərbaycanda mobil rabitənin inkişafına toxunulur. Bildirilir ki, bu sahə Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Nəzarət Şurasının sədri Sirus Abasbəyli Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib: “Ulu öndərin qəbulunda olarkən ona ən son model mobil telefon aparatı hədiyyə etdik. Bir neçə mobil nömrə verdik. 211 00 01 və 09-a qədər nömrələri şəxsən təqdim eləmişəm. Burada 10 ədəd nömrə var”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir