Siyasət

Şarl Mişel Nikol Paşinyanla görüşüb – YENİLƏNİB

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ prezidenti Şarl Mişel Brüsseldə görüşür.

“Caliber”in məlumatına görə, Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

Azərbaycan Prezidenti, Aİ Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar mayın 14-nə planlaşdırılıb.

19:47

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Brüsselə gəlib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, burada onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

“Mayın 14-də Nikol Paşinyan, Şarl Mişel və İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, – mətbuat xidmətindən qeyd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir