İdman

Hidayət Heydərov dünya çempionatında mübarizəyə qoşulacaq

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq. “Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulacaq. 26 yaşlı idmançı bu raundda Adil Osmanov (Moldova) – Martin Hojak (Sloveniya) cütünün qalibinə rəqib olacaq. Qeyd edək ki, daha əvvəl oğlanlarda […]

Dünya

İsrail ordusu Qəzza zolağında radikalların 10 obyektinə hücum edib

İsrail ordusu gecə saatlarında başlayan “Qalxan və Ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin radikal “İslami Cihad” qruplaşmasının 10 obyektini sıradan çıxarıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hücum qırıcılar və helikopterlərlə həyata keçirilib, hədəflər arasında Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt olub. […]

Cəmiyyət

XİN: “İrqçilik, faşizm kimi təhlükəli ideologiyalara bəraət qazandırılmasını qətiyyətlə pisləyirik” – FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb. XİN-dən verilən məlumata görə, bəyanatda deyilir: “Bu gün dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti […]

MARAQLI

“Türk Yıldızları”, “Solotürk” və “Kızılelma” qırıcılarından birgə möhtəşəm şou – VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi “Türk Yıldızları”, “Solotürk” və “Kızılelma” qırıcılarının birlikdə uçuşunun videosunu paylaşıb. Oxu.Az-ın məlumatına görə, qırıcılar Türkiyə səmasında möhtəşəm şou göstəriblər. Hərbi qurumun təqdim etdiyi kadrlarda təyyarələrin 360 dərəcəlik çəkilişlə görüntüləri əks olunub.   Xeberal.az

Dünya

Ukrayna paytaxtı səhəri partlayışlarla açdı – FOTO

Səhər tezdən Ukrayna paytaxtında güclü partlayışlar eşidilib. Bu barədə hadisə şahidləri məlumat veriblər. “Obolonski və Qoloseyevski rayonlarında güclü partlayışlar eşidilib, mərkəzə yaxın ərazilərdən tüstü sütunları ucalıb”, – sakinlərdən biri deyib. “Hava hücumundan müdafiə sistemi səhər saat 5 radələrində işləyirdi. Güclü gurultu gəlirdi, pəncərələr titrəyirdi”, – deyə digər kiyevli bildirib. Qeyd edək ki, ötən gecə bütün […]

Cəmiyyət

Xaçmazlı müharibə veteranı 1941-45-ci illəri niyə xatırlamaq istəmir? – FOTO

İkinci Dünya müharibəsinin 78-ci ildönümü günündə o dəhşətli illəri yaşamış, bu qələbədə xüsusi xidmətləri olan 100 yaşlı veteranla söhbətləşəcəyik. Belə veteranlardan indi ölkədə çox az qalıb. Müsahibimiz sovet xalqının alman faşizmi üzərində tarixi qələbəsinə öz töhfəsini vermiş və bir əsr yaşamış veteran Məhəmməd Məmmədovdur. Xaçmaz rayonunun cəbhəyə getmiş minlərlə cəsur oğlundan yeganə sağ qalan Məhəmməd […]

Siyasət

İlham Əliyev Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib – FOTO/VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı rəsmi “Twitter“ hesabında paylaşım edib. Mətndə deyilir: “9 may – II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!“  9 may ‒ II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm! — İlham Əliyev (@azpresident) May 9, 2023 Xeberal.az

İdman

“Qarabağ” klub rekordunu təkrarlayıb

“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, komanda Azərbaycan çempionatının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanaraq bunu reallaşdırıb. Qurban Qurbanovun yetirmələri XXXIII turda “Qəbələ” ilə ev görüşündə 3:0 hesablı qələbə qazanıblar. Ağdam təmsilçisi buna qədər ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin […]