Dünya

İsrail ordusu Qəzza zolağında radikalların 10 obyektinə hücum edib

Sharing is caring!


İsrail ordusu gecə saatlarında başlayan “Qalxan və Ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin radikal “İslami Cihad” qruplaşmasının 10 obyektini sıradan çıxarıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum qırıcılar və helikopterlərlə həyata keçirilib, hədəflər arasında Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt olub.

“Həmçinin “İslami Cihad”a məxsus 6 hərbi obyekt vurulub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib”, – deyə ordudan əlavə edilib.

Bundan başqa, israillilər Qəzza zolağının cənub hissəsində “İslami Cihad”ın hərbi postuna zərbələr endiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir