Siyasət

Milli Məclisin sədri Böyük Britaniyaya işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb. Bildirilib ki, Londonun “Luton” beynəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin […]

Siyasət

Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub – FOTO

Mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib. Əvvəlcə kənddə görüləcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olundu. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə […]

Siyasət

Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir – FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə […]

Siyasət

Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub – FOTO

Mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq […]

Siyasət

Prezident “Araz Vadisi İqtisadi Zonası”ndakı işlərlə tanış olub, bir neçə müəssisənin təməlini qoyub – FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye parkında görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, […]

Siyasət

Aİ Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib. “Report” Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ mayın 3-də Brüsseldə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında müzakirə edilib. İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri […]

Cəmiyyət

Məktəb qarşısındakı problem nə zaman həll olunacaq? – VİDEO

Qubanın Digah kəndində yüzlərlə məktəbli hər gün təhlükə ilə üz-üzə qalır. Məktəbin qarşısında piyada nişanı olsa da, yolda zolaq yoxdur. Kənd sakinlərinin sözlərinə görə, həmin yolda dəfələrlə bədbəxt hadisə baş verib: “Bir həftə qabaq 3-cü sinif şagirdini maşın vurub, ayağı sınıb, xəstəxanadadır. Kənd içində sürətin məhdudlaşdırılmasını xahiş edirik”. Bəs görəsən, məktəbin qarşısındakı problem nə zaman […]

Dünya

Rusiya Üçüncü Dünya Müharibəsi astanasında – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri başladı. Qırıcılarımız qoyulan hədəfləri məhv etdi.  Rusiya Üçüncü Dünya müharibəsi astanasında. Kremlə hücumun arxasında kim dayanır? Ermənistanın Müdafiə naziri gözlənilmədən sərhədə getdi. Suren Papikyan hərbi hissələrdə nəyi yoxlayır? Piyadaları sevməyən Bakı. 10 saniyəlik məsafə niyə 10 dəqiqəlik yola çevrilir? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Şou-Biznes

Bir məclisdə göründülər: Romantik şayiələrə SƏBƏB OLDU

Leonardo Di Kaprionun şəxsi həyatını bütün dünyada milyonlarla pərəstişkarı izləyir. Bir müddət əvvəl sosial şəbəkədə onun Gigi Hadid ilə sevgi münasibəti haqqında şayiələr yayılsa da, münasibətləri uzun sürməyib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün ulduzlar uzun müddətdən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar. Cütlük Nyu-Yorkda "Met Gala" mərasimindən sonra "Zero Bond" […]

Siyasət

Metyu Brayza: “Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin baxışı ilə bağlıdır” – FOTO

2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi, xeyli miqdarda xarici sərmayənin cəlb edilməsi – bunlar Heydər Əliyevin etdiklərinin kiçik bir hissəsidir. Beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Report”a müsahibəsində Azərbaycan xalqının Ümummilli Lideri […]