Şou-Biznes

Dünya şöhrətli müğənni dəli kimi aşiq olduğunu bəyan etdi

Dünya şöhrətli müğənni Teylor Svift aktyor Co Elvinlə qalmaqallı ayrılığından dərhal sonra yeni sevgi romanına başlayıb. Lent.az-ın məlumatına görə, müğənni musiqiçi Metti Qili ilə birlikdədir.  Teylorun meneceri onun dəli kimi aşiq olduğunu və tezliklə bu barədə açıqlama yayacağını deyib.  Teylor Svift 6 il sevgili olduğu aktyordan aprel ayının sonunda ayrılmışdı.

Cəmiyyət

DİN: “Vüqar Əzizov satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb” – FOTO/VİDEO

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək internet TV kanallarından birinə müsahibə verib. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir. O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə […]

Kriminal

Biləsuvarda 18 yaşlı gənc bıçaqlanıb

Biləsuvar rayonunda 18 yaşlı gənc bıçaqlanıb. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü İ. İsayev bud və qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb. Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Azərbaycan-Aİ münasibətləri: Yüksələn xətlə inkişaf və süquta uğrayan erməni propaqandası – ŞƏRH + FOTO

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Avropa ilə mövcud əməkdaşlığın ilk növbədə qorunub saxlanması, inkişafı və şaxələndirilməsi təşkil edir. Prezident İlham Əliyevin öndərliyində yürüdülən xarici siyasət kursu son dövrlərdə xüsusən müvafiq istiqamətdə uğurlar qazanır. Belə ki, mayın 3-də ilk dəfə Azərbaycan və Avropa İttifaqı arasında Siyasət və Təhlükəsizlik  Komitəsi çərçivəsində iclas təşkil edilib. Azərbaycan Prezidentinin […]

Kriminal

Bakının mərkəzində gənc qızı döydülər

Bakıda gənc qızı küçədə döyüblər. Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Naməlum kişi 24 yaşlı L.İ.ni küçənin ortasında döyüb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırılma aparılır. Xeberal.az

Cəmiyyət

Ermənistanı əhatə edən 17 mahalımız – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Verilişdə Ermənistanı əhatə edən 17 mahalımızdan söhbət açılıb. Tarixən azərbaycanlıların sıx şəkilə yaşadığı coğrafi məkan olan Qərbi Azərbaycan da, yəni indiki Ermənistan ərazisində 17 mahal mövcud olub: Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Gərnibasar, Göyçə, Karbi, Qaraqoyunlu dərəsi, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahalı. Tarixi […]

Dünya

Peru qeyri-qanuni immiqrantları deportasiya edəcək

Peru ölkəyə qanunsuz yollarla daxil olan qeyri-qanuni mühacirləri deportasiya edəcək. Bu barədə ölkənin Baş naziri Alberto Otarola jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkədə qanuni olaraq işləyən əcnəbilərlə problem yaşamırlar. “Siyasətimiz bir qrupa qarşı deyil, məqsədimiz Perunu qorumaq və zorakılıq dalğasının qarşısını almaqdır”, – deyə o qeyd edib. Son zamanlar ölkədə cinayət statistikasında ciddi artım olduğunu qeyd […]

Cəmiyyət

Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 831 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 024 nəfər müalicə olunaraq sağalıb, […]

Kriminal

Həbs edilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxıldı

Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb. Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) […]