İdman

Xabi Alonso “Real”ın baş məşqçisi ola bilər

Karlo Ançelotti ilə yollar ayrılacağı təqdirdə “Real”ın baş məşqçisi postuna kimin gətiriləcəyi müəyyənləşib. “Kral klubu”nun rəhbərliyi komandanın keçmiş yarımmüdafiəçisi Xabi Alonsonu komandanın yeni “sükançı”sı etməyi planlaşdırır. X.Alonso hazırda Almaniyanın “Bayer” klubunu çalışdırır. Onun leverkuzenlilərlə 2024-cü ilin yayına kimi müqaviləsi var. Keçmiş yarımmüdafiəçi 2009-2014-cü illərdə Madrid təmsilçisinin formasını geyinib. Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. […]

İqtisadiyyat

Azərbaycan kürüsü Avropa bazarına ixrac olunacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri davam etdirilir.  Tədbirlər çərçivəsində agentlik tərəfindən 2022-ci il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib. Monitorinqin nəticələri Avropa […]

Kriminal

Sumqayıtda 13 yaşlı qızı şəkilləri ilə şantaj etdilər

Sumqayıtda azyaşlı şəkilləri ilə şantaj olunub. Lent.az xəbər verir ki, şəhər sakini D.R. polisə ərizə ilə müraciət edərək naməlum şəxsin onun 13 yaşlı qızını şantaj etdiyini bildirib. Qeyd olunur ki, naməlum şəxs azyaşlının qeyri-münasib şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək anasından pul tələb edib. Daxil olan şikayət əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. […]

Dünya

AFFA “Neftçi”, “Qarabağ” və “Səbail”i böyük məbləğdə cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsində, Azərbaycan Premyer Liqasının XXXII turunda yaşananlara hüquqi qiymət verilib. İclasda aşağıdakı qərarlar qəbul edilib: Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə […]

Siyasət

Prezident: “Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”

“NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu, mənim xatirimdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli […]

MARAQLI

Kök hüceyrə menisk yırtıqlarının effektiv müalicəsi üçün yararlıdır

“Menisk yırtığının üç dərəcəsi olur”. Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib. Onun sözlərinə görə, 1-ci və 2-ci dərəcə menisk yırtıqlarında konservativ üsullardan istifadə edilir: “1-ci və 2-ci dərəcəli menisk yırtıqları ağır deyil. Onların müalicəsində kök hüceyrə tətbiq edilir. Effektiv üsul […]

İqtisadiyyat

Türkiyə Azərbaycanda bioloji preparat və peyvənd istehsalına investisiya yatıracaq – FOTO

“İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri” Anonim Şirkəti ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb”. Bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb. Nazir qeyd edib ki, layihənin əsas hədəfləri Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı, idxaldan […]

İdman

Azərbaycan klubunun sabiq futbolçusu narkotacir olduğunu etiraf edib

“Bakı” klubunun narkotik alverində ittiham olunan sabiq futbolçusu Serxio Kontreras Pardo məhkəmə qarşısına çıxıb. 40 yaşlı keçmiş hücumçu günahını etiraf edib. O, narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstəyə başçılıq etdiyini bildirib. İspaniyanın Malaqa şəhərinin prokurorluğu daha əvvəl Koke ləqəbli keçmiş futbolçuya 16 il iş istəyib. Lakin onun günahını etiraf etməsindən sonra bu, 6 […]

İqtisadiyyat

Bakıda 10-15 min manata həyət evləri satılır – VİDEO

Elan saytlarında Bakının ətraf qəsəbə və kəndlərdə 10-15 min manata təmirli evlər satılmaqdadır. Bir sot və ya daha az torpaq sahəsində tikilən evlər əsasən 1 otaq və kiçik mətbəxdən ibarət olurlar. Bəzən isə həmin evlər mətbəx və hamam olmadan inşa edilir. Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan “Xəbər Ertəsi”nə bildirib ki, son dövrlər əmlak alqı-satqısı […]

MARAQLI

Yanlış korset istifadəsi zamanı menisk yırtığı yarana bilər

“Uşaqlarda menisk yırtıqlarına böyüklərə nisbətən nadir hallarda rast gəlinir”. Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda qurumun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib. Həkim qeyd edib ki, uşaqlarda sümük elastik olur: “Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa edir. Əgər belə bir hal baş verərsə, əməliyyata ehtiyac olmur”. Travmatoloqun […]