İdman

Xabi Alonso “Real”ın baş məşqçisi ola bilər

Sharing is caring!


Karlo Ançelotti ilə yollar ayrılacağı təqdirdə “Real”ın baş məşqçisi postuna kimin gətiriləcəyi müəyyənləşib.

“Kral klubu”nun rəhbərliyi komandanın keçmiş yarımmüdafiəçisi Xabi Alonsonu komandanın yeni “sükançı”sı etməyi planlaşdırır.

X.Alonso hazırda Almaniyanın “Bayer” klubunu çalışdırır. Onun leverkuzenlilərlə 2024-cü ilin yayına kimi müqaviləsi var. Keçmiş yarımmüdafiəçi 2009-2014-cü illərdə Madrid təmsilçisinin formasını geyinib.

Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. Komanda İspaniya La Liqasında 33 turdan sonra 68 xalla ikincidir. Lider “Barselona”dan 14 xal geri qalan “kral klubu” bir oyun artıq keçirdiyi “Atletiko”nu iki xal üstələyir. Komanda Çempionlar Liqasında yarımfinala yüksəlib. Burada onların rəqibi “Mançester Siti”dir.

Mənbə: “Bild”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir