Siyasət

İsxak Hersoq İlham Əliyevi təbrik etdi – YENİLƏNİB + FOTO

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Bu barədə İsrail dövlət başçısı “Twitter”də yazıb. “Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm məqamdır”, – İsrail lideri […]

İdman

Canni De Byazi: “Rəqib güclüdür, amma mən komandama güvənirəm”

“Bizi çətin oyun gözləyir. Rəqib güclüdür, qələbə qazanmağa çalışacaq. Amma mən komandama güvənirəm”. “Report”un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis bildirib ki, həyatda yalnız nəyəsə nail olmaq istəməyən adamlar səhv etmirlər: “Öz yolumuzla getməyə davam edəcəyik”. O, […]

Cəmiyyət

Ramazan ayının beşinci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının beşinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-si imsak vaxtı saat 05:07-də, iftar vaxtı isə 19:13-dir.  Martın 27-si üçün namaz vaxtları: Sübh azanı 05:12 Zöhr azanı 12:46 Əsr azanı 17:10 Məğrib azanı 19:13 İşa azanı 20:15 Beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni […]

Şou-Biznes

Ali Sunal “Güldür Güldür Show”dan ayrılıb?

Son günlər Türkiyənin məşhur aktyoru Ali Sunalın  “Güldür Güldür Show”dan ayrıldığı xəbərləri dolaşır. Lent.az xarici KİV-ə istinadən bildirir ki, aktyor özü buna cavab verib: "Guya mənim getdiyimlə bağlı əsasız məlumatlar yayıldı. Heç yerə getmirik, heç kim də get demir. Bir parçasına çevrildiyimiz kanalımızda verilişimizə davam edirik. Hamınıza sevgi və hörmətlər".

Cəmiyyət

Azərbaycanda “Yer saatı 2023” qeyd edilib – FOTO

Martın 25-də Bakıda “Yer saatı 2023” (Earth Hour 2023) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi aksiya keçirilib. “Söndür. Planetimizə bir saat ayır” şüarı altında keçirilən aksiya IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə baş tutub. Aksiya iştirakçıları Dədə Qorqud parkında […]

İdman

“Qarabağ” və “Qalatasaray” qardaşlaşmış klublar oldular

“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları qardaş klublar olublar. Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbek açıqlama verib. “İki qardaş ölkənin qardaş komandaları olaraq bəzi fəaliyyətlərimizi birləşdirəcəyik. Onlar Azərbaycanda, biz də Türkiyədə iş birliyi edəcəyik. “Qarabağ”ı İstanbulda dostluq oyunu keçirmək üçün dəvət etmişik. Bizi çox yaxşı qarşıladılar. Qardaş klub təqdimatını gələn həftə […]

Siyasət

Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib – VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda qeyd olunub: “26.03.2023. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!”.         View this post on Instagram                       A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)   Xeberal.az

Şou-Biznes

ABŞ-da “Qarışqa adam”ın aktyoru təcavüz ittihamı ilə həbs edilib

“Kredd III” və “Qarışqa-adam və eşşəkarısı” filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Conatan Meyjors ailədaxili zorakılıq ittihamı ilə Nyu-Yorkda həbs edilib. Lent.az xəbər verir ki, bu barədə martın 26-da Sky News məlumat yayıb. Aktyor "məişət münaqişəsi"nə qatıldıqdan və boğma, döymə və təcavüz ittihamı ilə həbs edilib. Qurban baş və boyun xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 30 […]

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, martın 27-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Xeberal.az