Siyasət

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib. “Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, […]

İdman

“Qarabağ” – “Qalatasaray” matçını kimin şərh edəcəyi bəlli oldu

“Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq görüşü “CBC Sport”la canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı matçı Pərviz Musayev şərh edəcək. Oyun saat 20:00-da başlayacaq.  Xatırladaq ki, Musayev “CBC Sport”da “Türkiyədən futbol” verilişinin aparıcısıdır.  Xeberal.az

Siyasət

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi – FOTO

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Azərbaycana qarşı təxribat xarakterli paylaşımında gülünc duruma düşüb. Oxu.Az xəbər verir ki, Ermənistan prezidenti öz ölkəsinin siyasi rəhbərliyinə xas “yüksək” intellekt səviyyəsini növbəti dəfə nümayiş etdirib. Guya məqsədi Novruz bayramı ilə bağlı İranı təbrik etmək olan Xaçaturyan fürsətdən istifadə edərək Azərbaycana “söz atmağı” unutmayıb. Ancaq Ermənistan prezidenti bunu belə bacarmayacaq qədər savadsız […]

Siyasət

“Qalatasaray”ın prezidenti Şəhidlər xiyabanını ziyarət edib – FOTO

“Qarabağ”ın prezidenti Tahir Gözəl qardaşlıq oyunu üçün Bakıya gələn “Qalatasaray”ın prezidenti Dursun Özbeklə görüşüb. Bu barədə “Qarabağ” klubu məlumat yayıb. Bildirilib ki, görüş zamanı klub prezidentləri bu oyunun əhəmiyyətindən söz açıblar. Daha sonra onlar Şəhidlər xiyabanını ziyarət ediblər. Xeberal.az

Dünya

Bayden ABŞ ştatında fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Cozef Bayden bazar günü Missisipi ştatındakı tornadolarla əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb. O, yerli hakimiyyət orqanlarına əhaliyə federal yardım göstərilməsi barədə göstəriş verib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Baydenin sərəncamı ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin Missisipi hakimiyyətinə yardımını nəzərdə tutur. Qeyd […]

Şou-Biznes

Hollivudun elitası üçün gizli seks klub: Üzvlük 1 milyon dollardır

Hollivud seks klubu SNCTM-ni yeddi rəqəmə satan qurucusu, özəl adada bir həftəlik dəbdəbəli qonaqlıq verərək dünyanın ən bahalı erotik cəmiyyətini açmağa hazırlaşır. Lent.az xarici KİV-ə istinadən bildirir ki, 2019-cu ildə estafeti bir qrup yaxın biznes tərəfdaşına təhvil verən Damon Louner pandemiyadan bəri gizli şəkildə bir sıra yeni layihələr üzərində işləyir. “The U.S. Sun”a müsahibəsində o, […]

Cəmiyyət

“Qarabağ”-“Qalatasaray” matçı üçün ekspres marşrutlar hazır vəziyyətdədir – FOTO

“Qarabağ” və “Qalatasaray” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması üçün nəzərdə tutulan ekspres xətlər üzrə avtobuslar hazır vəziyyətdədir. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məlumatda eyni zamanda futbol yarışmasında doğma komandalarımıza uğurlar arzulanıb. Xatırladaq ki, bu gün Bakıda “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da […]

Siyasət

Beynəlxalq təhlilçi Azərbaycanı Fransa ilə müqayisə etdi – VİDEO

Beynəlxalq təhlilçi Hamdi Rifai kütləvi iğtişaşlar fonunda Fransanı Azərbaycanla müqayisə edib. O, ölkəmizin daha sivil bir cəmiyyətə sahib olduğunu bildirib. “Təsəvvür edin, Azərbaycan öz vətəndaşları ilə Fransanın öz vətəndaşları ilə rəftar etdiyi kimi davransaydı… Tanrıya şükür, Azərbaycan daha sivil və məqbul cəmiyyətdir”, – Rifai sosial şəbəkə hesabında yazıb. Imagine if Azerbaijan 🇦🇿 treated its citizens […]

Cəmiyyət

Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində “VAZ-21012” markalı minik avtomobili ilə “SKODA” markalı minik avtomobili toqquşub. “Report”un Şimal bürosunun məlumatına görə, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif […]