İdman

“Qarabağ” və “Qalatasaray” arasında daha bir yoldaşlıq oyunu olacaq

Türkiyə “Qalatasaray”ı ilə “Qarabağ” arasında daha bir yoldaşlıq oyunu olacaq. “Report”un məlumatına görə, bu barədə “sarı-qırmızılılar”ın prezidenti Dursun Özbek açıqlama verib. Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: “Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim”. Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı “Qarabağ” – “Qalatasaray” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xeberal.az

Cəmiyyət

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, 12 ailənin yaşadığı, ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucova məxsus mənzildə yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki texnikası […]

Siyasət

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə “Qalatasaray”ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib. “Report” xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və […]

Dünya

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib. “Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı döyüşən minədək hərbçimiz var”, – deyə o bildirib. Xeberal.az

İdman

Nagelsmann niyə istefaya göndərildi?

“Bayern”in prezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmannın istefaya göndərilməsini və Tomas Tuxelin təyinatını izah edib. “Bəli, mən bir müddət əvvəl Yulian Nagelsmannı tam dəstəkləyir və onunla uzunmüddətli layihə haqqında danışırdım. Mən ümid edirdim ki, bu layihə həyata keçirilə bilər. Nagelsman əla məşqçidir, amma nəticə hər şeydən üstündür. “Bayer”lə oyun (1:2) məni düşündürdü. Təbii ki, uzun […]

Dünya

Ukraynadan Moskvanın 200 kilometrliyinə PUA hücumu: Yaralananlar var – VİDEO

Martın 26-da Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində partlayış baş verib. Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus “Tu-141 Strij” pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib. Partlayış nəticəsində 2004 və 2006-cı il təvəllüdlü gənclər və daha bir nəfər qəlpə yaraları alıblar. Həmçinin, üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb. Mənbə: […]

İdman

Azərbaycan millisi Sloveniyaya qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. “Report”un məlumatına görə, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb. Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib. Xeberal.az

İdman

Qurban Qurbanov: “Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Qalatasaray” klubuna qarşı xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirib. Oxu.Az xəbər verir ki, o, matçı belə şərh edib: “Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Təşkilatçılara təşəkkür edirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı futbol oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha […]

Araşdırma

Vüqar Behbudov nazir gətirilir – Sahil Babayevə isə yolun sonu göründü

XəbərAl.az xəbər verir ki, “Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınması (başqa ifadə işlənilməsi mümkün deyil) artıq bir neçə ildir. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və bir neçə ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir”. […]

Dünya

Netanyahu müdafiə nazirini vəzifəsindən azad etdi

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən kənarlaşdırıb. Bu barədə “Yerusalem Post” nəşri xəbər verib. Qeyd edək ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid […]