Cəmiyyət

Şəkidə 34 yaşlı qadın siçan dərmanından zəhərlənib

Şəkidə 34 yaşlı qadın siçan dərmanından zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Çayqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Kamal qızı Məmmədova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı qadının siçan dərmanı içərək zəhərləndiyi məlum olub. Ş. Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. […]

İdman

Bəhlul Mustafazadə: “İqlim dəyişikliyi bizim üçün problem olmayacaq”

“Artıq iqlim dəyişikliyinə öyrəşmişik. Bu, bizim üçün problem olmayacaq”. “Report”un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib. 26 yaşlı müdafiəçi bildirib ki, Avstriya 1:4 hesabı ilə uduzduqları ilk tur matçında qolların buraxılması bütün müdafiə xəttinin günahı idi: “Əslində görüşə yaxşı başlamışdıq. […]

Şou-Biznes

Onları seks videoları məşhurlaşdırıb

Seks insanlığı həyəcanlandıran ən maraqlı mövzulardan biridir. Məşhurlar da bunu yaxşı bilirlər. Üstəlik, bunu o qədər başa düşürlər ki, bundan öz maraqları üçün istifadə edirlər: daha doğrusu, məşhur olmaq üçün.  Lent.az xarici mediaya istinadən seks sayəsində kim olduqlarını sübut edən 5 məşhuru təqdim edir. Kim Kardaşyan Məşhur həmyerlimiz 2008-ci ildə keçmiş sevgilisi Rey Cey ilə […]

İdman

“Qalatasaray”ın baş məşqçisi: “Birliyimizi, qardaşlığımızı göstərmək üçün burada idik”

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini açıqlayıb. Oxu.Az xəbər verir ki, o, matçı belə şərh edib: “Bu stadionda azərbaycanlı qardaşlarımızla olduğumuz üçün sevincliyik. Dünən möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evdəki kimi hiss etdik. Matçın məramı zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi. Digər məsələ […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyununa stadionda baxıblar – YENİLƏNİB + FOTO/VİDEO

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva stadionda oyuna baxıblar. “Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini təqdim edib. FIFA referisi Əliyar […]

Cəmiyyət

Göygöldə avtomobil maneəyə çırpılıb, ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1980-ci il təvəllüdlü Emin Novruzov ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. PhotoStock.az-ın oyundan hazırladığı fotoreportajı təqdim edirik: Daha çox foto burada: PhotoStock 21:46 Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda qonaqlar hesabda önə keçiblər. İstanbul klubunun heyətində Mauro İkardi penalti zərbəsindən fərqlənib.  21:04 […]

Siyasət

Corc Dikdən diplomatik əlaqələrimizin tarixi ilə bağlı paylaşım: “Tarix yazılır” – FOTO

“Otuz il əvvəl İsrailin Azərbaycandakı ilk səfiri Eliezer Yotvat etimadnaməsini Prezident Heydər Əliyevə təqdim edib”. Bunu sosial şəbəkə səhifəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik yazıb. O, xatırladıb ki, bu gün Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov etimadnaməsini Prezident İsaak Hersoqa təqdim edib. “Tarix yazılır”, – deyə diplomat “Twitter”də qeyd edib. Thirty years ago the first […]

Hadisə

Deputat Razi Nurullayevi müsahibə vermək üçün bulvara buraxmadılar

Xəbəral.az xəbər verir ki, Millət Vəkili Razi Nurullayev jurnalistə müsahibə vermək üçün Bakı bulvarına gedib. Lakin oranın rəhbərliyi icazə verməyib.Buna etiraz olaraq, Millət Vəkili öz sosial Facebook hesabında paylaşım edib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. Bu gün Ağ şəhər bulvarında video müsahibə verirdim. Jurnalist zəng elədi, mən də hotelin önündə idim. Dedim ki, […]

İdman

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub. “Report”un məlumatına görə, finalda “Gəncə” və NTD klubları üz-üzə gəliblər. Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb. Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar. Xeberal.az